Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov rayonu ərazisində yerləşən hərbi hissənin tibb xidməti sahəsində özünəməxsus öz dəst- xətti olan, peşəkarlığı, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20
ildən çoxunu Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonu ərazisində yerləşən hərbi hissədə şərəfli xidmət yolu keçmiş- istefada olan baş gizir Şirinova Rübabə Fərid qızının bu günlərdə 65 yaşı tamam olub.
Daim həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Rübabə xanımı doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifəliləri, iş yoldaşları,doğmaları, dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edirlər. Rübabə xanım yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə xoş keçsin.
Yüksək nufuz sahibi olan, xidmət etdiyi kollektivdə təvazökar, qayğıkeş və xeyirxah insan kimi tanınan Şirinova Rübabə Fərid qızı 1961- ci ilin oktyabr ayının 28 - də Ordubad rayonunda zəhmətkeş bir ailədə anadan olub.
R. Şirinova 1984 -ci ildə orta məktəbi, 1982-ci ildə Texnalogiya Texnikomunu, 1984-cü ildə isə Tibb Kollecini bitirib.
1992- ci ilə kimi
Leninqrad şəhərində tibb xidməti sahəsində çalışıb.
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər xanım Rübabə Şirinova 1992- 2013 - ci illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonu ərazisində yerləşən hərbi hissənin tibb xidmətində Dövlətə vətənə və xalqa sədaqətlə xidmət edib.
Torpağına,xalqına bağlı gözəl xanım Rübabə Şirinova Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonu ərazisində yerləşən hərbi hissədə xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Rübabə xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Şirinova Rübabə Fərid qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox həmkarları və iş yoldaşları
üçün nümunə olmuşdur.
Rübabə xanım öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1. “Qüsursuz xidmətə görə” 1 -ci (Ali) dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 iliyi (1991-2001)” yubiley medalı ilə;
5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
RÜBABƏ XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə müharibə veteranı, peşəkar hərbçi və polkovnik Salman Musayev








