Fizika riyaziyyat üzrə elmlər namizədi, dosent Mustafayev Arif Əhməd oğlu1955-ci illin oktyabr ayının 1-də  Qədim Borcalı mahalının indiki Gürcüstan Respublikasının Akaurt (Ayorta)  kəndində zəhmətkeş bir ailədə anadan olub.

 1972- ci ildə Qədim Borcalı mahalının, indiki  Gürcüstan Respublikasının Bolnisi rayonunun Akaurt (Ayorta) kənd orta məktəbi, 1976-ci ildə Azərbaycan Pedaqoji İnstitutu (indiki ADPU) bitirib .

1976-77-ci illərdə Daşkəsən rayonunun 1 saylı orta məktəbində fizika  müəllimi vəzifəsində  çalışıb.

1977-78-ci  illərdə  SSRİ Silahı Qüvvələrində müddətli həqiqi hərbi  xidmətdə  olub.

1979-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU-nun) “Elektroradiotexnika” kafedrasında   tədris  ustası, laboratoriya  müdiri, müəllim, baş müəllim 2011-ci ildən həmin kafedranın dosenti olmuşdur .

2001-2009-cu illərdə Mühəndis- pedaqoji və bədii qrafika fakültəsinin   dekan müavini 2009-2015-ci illərdə həmin fakültənin  dekanı  vəzifəsində işləmişdir.

2014-2015-ci ildə “ Ümumi texniki fənlər” kafedrasının dosenti 2016-cı ildən isə “Texnologiya və onun tədrisi  metodikası”  kafedrasının  dosenti, hal hazırda  “Əməyin texnologiyası “ kafedrasının dosentidir.

Tanınmış, çox peşəkar və təcrübəli müəllim  Arif Əhməd oğlu Mustafayevin aşağıdakı Seçilmiş əsərləri vardır:

NiS monokristalının elektrofiziki və maqnit  xassələrinin  tədqiqi, Phus.Stat. Solidi, (a), 103, Berlin,1987

Fe1-xZnxCr2S4 sisteminin elektrik və maqnit  xassələri, FTP  Moskva  1988

Fe1-xZnxCr2S4 sisteminin kinetik  xassələri,Phus.Stat. Solidi(a)107, Berlin,1988

“X –şüaları ” və maddə quruluşu Bakı ,ADPU ,2007

Müxtəlif materiallardan hazırlanan tenzovericilərin alınma texnologiyası, (I hissə) Bakı,ADPU, 2009.

Çətin əriyən yarımkeçricilərin alınma texnologiyası Bakı,ADPU, 2009.

Müxtəlif materiallardan hazırlanan tenzovericilərin  alınma  texnologiyası(II hissə), Bakı 

Materialların mexaniki xüsusiyyətləri ,Bakı 2012.

Metalların mexaniki davamlılığa yoxlanılması , Bakı ,ADPU 2012.

Yarımkeçiricilərin alınması və  tətbiqləri,Bakı 2012.

Materialların alınma texnologiyası və  mexaniki  xassələri, Bakı 2013.

Yarımkeçirici qurğular mikrosxemlərdə, Bakı 2013.

Yarımkeçirici elektron cihazlarının  əsasları, Bakı 2014.

Qədim Borcalı mahalının, İndiki Gürcüstan Respublikasının Bolnisi rayonun Akaurt (Ayorta) kənd torpağının yetirməsi belə  peşəkar və təcrübəli müəllimlərimizi  tanımaq, onların şərəfli  və mənalı ömür yollarını gələcək nəsillərə çatdırmaq bizim üçün bir vətəndaş borcudur.

Tanıyaq, tanıdaq və unutmaq! Allah bütün müəllimləri qorusun, şərəfli müəllim peşəsini şərəf və uğurla  davam etdirilməsi onlara nəsib olsun.

Hörmət və ehtiramla: Musayev Salman Calal oğlu