Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında özünəməxsus öz dəsti-xətti olan,yüksək peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,dəqiqliyi,təmkinliyi,humanistliy,işgüzarlığı, təvəzökarlığı,təşkilatçılıq bacarığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömürünün ən məhsuldar dövrünün 29 ildən çoxunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı-istefatda olan polkovnik- leytenant Əliyev Rauf Bəylər oğlunun 29 oktyabr dünyaya göz açdığı xoş bir gündür.
Daha doğrusu 55 illik yubileyidir.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan polkovnik leytenant Əliyev Rauf Bəylər oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib - tükənməyən nailiyyətlər arzu edirlər.Rauf yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı- ehtiyatda olan polkovnik- leytenant Rauf Bəylər oğlu Əliyev 29 oktyabr 1971-ci ildə Göygöl rayonunda ziyalı ailəsində anadan olub.
Rauf Bəylər oğlu Əliyev 1988 ci ildə Naxçıvanski adına hərbi liseyi, 1992- ci ildə Vladiqafqaz Ali hərbi komandirlər məktəbini,1997-ci ildə MN-nin Qaraheybətdə yerləşən zabitlərin təhkimilləşdirmə (tabor komandiri) kursunu, 2000-ci ildə Bakı Dövlət Universitetinin hüqüq fakultəsini bitirib.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul, İzmir (Foca) şəhərlərində hərbi akademik kurslarında olub.
1992-1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Vladikafqazda yerləşən Ali hərbi məktəbdə taqım komandiri, 1994 -2014- cü illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Xəzər, Bərdə, Hacıqabul, Sabunçu rayonlarında, Gəncə və Lənkaran şəhərlərində yerləşən hərbi hissələrdə və Daxili Qoşunların Bas İdarəsində taqım komandiri, tədris bölüyün komandiri-baş müəllim, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, tabor komandiri, hərbi hissə komandirinin birinci (ümümü) müavini əvəzi, hərbi hissə komandirinin müavini- qərargah rəisi,hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsinin Əməliyyat şöbəsində isə baş zabit vəzifələrində xidmət edib.
Rauf Bəylər oğlu Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
R.Əliyev öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş hazırlığı nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuş, Vətənə və xalqa isə sədaqətlə xidmət etmişdir
Polkovnik -leytenant Raif Əliyev qorxmaz, insanpərvər, səxavətli, vətənpərvər əliaçıq, vəfalı zabitdir. O, istər işlədiyi, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış qohum-əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,dövlət əhmiyətli obyektlərin ,inzibatı binaların, hərbi şəhərcikıərin, təchizat anbarların mühafizə olunmasında,Azərbaycan Respublikasının ərazisindən dəmiryolu vastəsi ilə hərbi yüklərin müşayiət edilməsində (daşınmasında), qəzalar,
bədbəxt hadisələr,yanğınlar,təbbi fəlakətlər və başqa fövqaladə hallar habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüqüqi rejim tədbirlərinin həyata keçirilməsində, ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə və şərəf hissi ilə yanaşmışdır.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı ehtiyatda olan polkovnik- leytenant Rauf Bəylər oğlu Əliyev Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin və hərbi hissələrinin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla əsgər və cavuşlarla komandir, döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin və məşqlərin, metodiki təlim toplanışlarının, xüsusi-taktiki təlimlərin, nümunəvi- göstərici məşğələlərin, eləcə də hərbi hissələrdə və böluklərdə kompleks və məqsədli qurpların, nəzarət yoxlama məşğələlərin keyfiyətli kecirilməsi istqamətində üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, idman dərəcəsi və yubiley döş nisanları ilə, (pul mükafatları ilə), dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib
Rauf Bəylər oğlu Əliyev xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər Nazirinin müvafiq əmrləri aşağıdakı
medallar ilə təltif olunub:
“Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
“Qüsursuz xidmətə görə 1-ci (Ali dərəcəli) medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə,
“Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə:
“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley medalı ilə;
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95-illiyi (1918-2013)”yubiley medalı ilə.
55 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN
RAİF!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ... UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR!
BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN... BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ.. XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respubilkasının Silahl qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev







