İstər Cənubi Azərbaycan, istər Kərkük, istərsə də ümumilikdə İraq türkmənləri ilə bağlı keçirilən bütün etiraz aksiyalarında həmişə fəal iştirak etmişəm. 

Qarabağla bağlı isə demək olar ki, əksər nümayiş və mitinqlərin təşkilatçısı və aparıcısı olmuşam.

Geriyə baxıram… 

36 il bir göz qırpımında keçib getdi. Bu illər ərzində nə qədər mübarizə, həsrət, ümid, həyacan və fədakarlıq var…

Bu gün qürurluyam! Ona görə ki, Qarabağ azaddır! 

Bu Zəfərdə qürbətdə yaşayan azərbaycanlıların da payı var. Biz qürbət diyarda yaşasaq da, Vətənin dərdini ürəyimizdə daşımış, Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışmışıq.

Bunlar mənim ömrümün sadəcə illəri deyil, Vətən uğrunda mübarizəmin tarixidir…

Elman Mustafazade

P.S. Amma bugünə kimi Diaspor Komitəsinin bir tədbirinə belə dəvət almadım.

Nazim İbrahimov da, Fuad Muradov da həqiqəti üzə deyənləri arzuolunmaz saydı.

Təəssüf ki, bəzən Azərbaycanda Prezident İlham Bəy Əliyev Cənabların tənqid etmək, bəzi məmurları tənqid etməkdən asandır…

Mən nə vəzifə ummuşam, nə də kiminsə qarşısında əyilmişəm. Qələmimi satmamışam, haqsızlığa susmamışam!