Müəllif qeydi: Vətənpərvər, Sülhsevər şair-yazar BayramAşıqlı

Giriş: BIR ADIN DAŞIDIĞI YÜK 

ŞƏHİDLİK — ən uca zirvədir. Bu zirvəyə gedən yol heç vaxt asan olmayıb. Bu yola çıxanlar yaş saymır, qorxu tanımır.  torpağının yetirdiyi Sehran da belə idi. 30 may 1977-ci ildə Kürdəmir rayonunda dünyaya göz açan, hələ yeniyetməliyini yaşamadan Vətən dərdi ilə böyüyən bir oğul.

1992-ci il... Torpaqlarımızın müdafiəsi yolunda canlarını fəda edilən illərdən biri...

15 yaşı təzə tamam olan bil oğlan...

Azərbaycan üçün ən ağır illərdən biri... Torpaqlarımız işğal altında, Ağdərə, Ağdam, Laçın cəbhələrindən acı xəbərlər gəlir. Bu xəbərləri eşidib evində rahat otura bilməyənlərdən biri də Sehran idi.

Kürdəmir — Mərdlik Beşiyi.

Kürdəmir təkcə coğrafi məkan deyil, bir xarakter məktəbidir. Sadə, zəhmətkeş, sözü bütöv insanların yurdu. Sehran da bu mühitdə formalaşmışdı. Qonşularının, müəllimlərinin xatırladığı kimi, sakit, ədəbli, amma söz mövzusu Vətən olanda gözləri odlanan bir gənc.

O, hərbi mükəlləfiyyət yaşına çatmamışdı. Amma könüllü olmaq üçün yaşa yox, ürəyə baxırlar. O, könüllü olaraq müharibəyə getdi. Bu, bir qaçış deyildi, bir çağırışa cavab idi. "Vətən dardadırsa, mən evdə dura bilmərəm" — deyən minlərlə Azərbaycan oğlundan biri də Sehran oldu.

Ən "Gənc Əsgər", Ən "Böyük Ürək"!

Cəbhədə Sehranı hamı "balaca" deyə çağırırdı. Sıralarda ən gənc əsgər idi. 15 yaşı təzə tamam olmuşdu. Amma onun cəsarəti yaşından qat-qat böyük idi.

Hərbi xidmətə layiq olmaq təkcə nizam-intizam deyil, həm də ləyaqətdir. Sehran bu ləyaqəti qısa zamanda qazandı. Silahı necə tutmağı, səngəri necə qazmağı, gecə növbəsini necə çəkməyi tez öyrəndi. Amma ən vacibi — qorxunu necə yenməyi öyrəndi. Komandirlərinin dediyinə görə, ən çətin tapşırıqlara birinci o könüllü olurdu.

Ağdərə istiqaməti 1992-ci ilin iyununda cəhənnəm idi. Düşmən üstün idi, döyüşlər amansız gedirdi. Məhz orada, Ağdərə səngərlərində Sehran əsl əsgər kimi yetişdi.

Silahdaşlıq: Canından Keçmək Mədəniyyəti!

Müharibəni təkcə güllə qazanmır, çörəyi bölmək qazandırır. Sehranın ən böyük qəhrəmanlığı məhz bu idi — silahdaşlarına canından qorxmadan köməklik etməsi.

Səngər yoldaşları danışır: "Sehran heç vaxt özünü qorumadı. Yaralı yoldaşını çiynində daşıyan, susuz qalan dostuna öz matrasındakı son suyu verən o idi. Gecə kəşfiyyata gedəndə hamıdan qabaqda getmək istəyirdi ki, birdən minaya düşsə, başqası xəsarət almasın."

Bu, 15 yaşlı bir uşağın deyil, 50 illik ömrü olan bir kişinin edə biləcəyi fədakarlıqdır. O, Vətənə xidməti ancaq düşmənə atəş açmaqda görmürdü. Vətənə xidmət — yanındakını qorumaq, onun üşüməsinə, ac qalmasına imkan verməmək idi. Bu keyfiyyətinə görə qısa zamanda bütün bölüyün hörmətini qazandı. Hamı ona "qardaş" deyirdi.

Ağdərə — Son Dastan.

17 iyun 1992-ci il. Ağdərə istiqamətində gedən qanlı döyüşlər. Düşmən mövqelərimizə şiddətli hücuma keçmişdi. Sehran öz səngərində idi. Yoldaşlarının dediyinə görə, geri çəkilmək əmri verilsə də, o, yaralı bir döyüş yoldaşını tək qoymaq istəmədi.

Məhz o anda qəhrəmancasına şəhid oldu. Cəmi 15 il 18 gün yaşamışdı. Amma elə bir ömür yaşadı ki, 90 illik ömürlərə sığmaz.

Onun şəhadəti Kürdəmirə ağır bir xəbər kimi gəldi. Amma eyni zamanda bir qürur mənbəyi oldu. Kürdəmir indi təkcə pambığı ilə deyil, Sehran kimi oğlu ilə də tanınır.

Sonsuzluğa Gedən Yol.

Şəhidlər ölmür, onlar tarixə çevrilir. Sehranın keçdiyi yol bu gün bütün gənclərimiz üçün bir məktəbdir.

1. Könüllülük yolu: Heç kim məcbur etmədən Vətənə getmək. 

2. Cəsarət yolu: Yaşından asılı olmayaraq qorxunu yenmək. 

3. Qardaşlıq yolu: Silahdaşını özündən üstün tutmaq. 

4. Şəhadət yolu: Torpaq üçün canından keçmək.

Bu gün Azərbaycan bayrağı Ağdərədə də, bütün Qarabağda da dalğalanırsa, bu, Sehran kimi oğulların sayəsindədir. Onun qanı ilə suvarılan torpaq artıq azaddır.

Biz nə qədər ki, Sehranları xatırlayırıq, nə qədər ki, BayramAşıqlı kimi şairlər onların adını: sazın, sözün, şeirin içində yaşadır, deməli bu millət əbədi var olacaq.

Ruhu şad olsun. Əbədi xatirəmizdə.

Yerin behişt olsun, Qəniyev Sehran,

Qələmə aldı:BayramAşıqlı.