Döyüş yolu 27 sentyabrdan 01 noyabra kimi (35 gün)

                                         2020ci il 

   İlyasov Elmar Şıxlarbəy oğlu 11 iyul 1993cü ildə Bakı şəhərində dünyaya gəlib.

Respublika idman litseyini bitirib.

2010-2011illərdə DİN Daxili Qoşunlarında N saylı Hərbi hissədə xidmət etmişdir.

   27 sentiyabr2020ci il səhər saatlarında artıq Ail Baş Komandan tərəfindən neçə llər idi ermənilər tərəfindən işğal olunmuş torpaqlarmızı azad etmək əmri verilmiş və bu əmri biz eşitdikdə çox sevinmişdik,çünki hər kəsin gözlədiyi məqam gəlib çatmışdı.Biz bir xüsusi təyinatlı olaraq dərhal təchizatlanıb döyüş bölgəsinə yola düşdük.Çox keçmədiki biz artıq döyüş bölgəsinə yerləşmişdik,və öz təyinatımıza uyğun bölündük.Artıq döyüş başlamışdir. Müharibənin şiddətli atış səsləri hər yeri bürümüşdü və biz Fizuli istiqamətində bir neçə yüksəkliyi bərkitmə tapşırığı aldıq və etibarlı şəkildə mühafizəni təhlil etmişdik.Qəhraman döyüş yoldaşlarımın gözlərində qəzəb və qorxmazlığı ilk anlardan hiss olunurdu və bu cəsarət bizim hər birimizi dahada qətiyyətli edirdi.Lakin gecə-gündüz demədən artileriya səsləri dayanmırdı artıq bu səslər bizlərə doğma gəlirdi.Canlı döyüş səhnələrinin içində bir anda düşmənə qarşı olan nifrətimiz sönmürdü Xocalıda törətdikləri cinayətin qətilyanın qisasını almaq üçün hər anı dəyərləndirirdik.Biz bu haqlı savaşın canlı kinosunun qəhrəmanları idik. Bə bu yolda ölümün gözünə dik baxaraq sona qədər savaşçı idik. Bir neçə gündən sonra növbəti tapşırıq aldıq.Dəstəmiz,Cəbrayıl istiqamətində hərəkəti dəvam etdirərək.Orada yerləşən hərbi hissədə mövqeyləndik burada əks hücumun qarşısını alınmalı idi.Verilən tapşırığımızı layiqincə yerinə yetirdik.Çünki hər bir qarış torpağı qanımız,canımız bahasınada olsa almalı və alınmış torpaqları mühafizə etməli idik.Nəyin bahasına olursa olsun biz daim irəli getməyi fikirləşirdik,başlıca məqsədimiz bu idi. Şükürlər olsun Allaha məqsədimizə çatdırdı. Biz bir müddət orda mühafizəni təşkil etdikdən sonra Hadrut istiqamətinə getdik, orada düşərgədə müəyyən tapşıriqları davamlı həll etdikdən sonra. Artıq vaxt zaman çatmışdı ki, Qarabağın ürəyi olan Şuşa istiqamətində döyüşə qatılaq.Həsrətlə gözlədiyimiz tapşırıq gəlmişdi ilkin hazırlıqları gördük tamamlama işləri yekunlaşmışdı. Səhər saat 6-7 radələrində texnikalara əyləşib Şuşa istiqamətində hərəkət etdik. Hərəkət əsnasında bütün qrup olaraq sevinc içində idik. Həm erməni düşmənlərini məhv edəciyik, həm də ki, öz doğma yurdumuzun dilbər guşəsi olan gözəl Şuşamızı neçə illik əsarətdən azad edəcəyik. Texnikalarda olarkən hətta sonuncu dəfə qrup şəkildə gözəl bir dua ilə yola düşdük. Yol boyu məhv edilmiş düşmən əsgərləri və texnikaları ilə rastlaşdıq, çox qürür duyurduq. Füzulini tərk etmişdik artıq dərin bir meşəliklə yola davam edirdik, hava artıq qaralmışdı, çox çətin yollarla hərəkəti davam etdirdik. Lakin hər irəlilədikcə düşmən mövqelərinə daha da yaxınlaşırdıq. İşıq, səs intizamına riayət olunduqca hər yer sükuta bürünmüşdü. Düşmənlə məsafə demək olardı ki, 10-12 km idi. Meşə dərinliyində keçilməz yolları biz kollektiv olaraq hər kəs bir-birinə qardaşlıq köməyi göstərir və keçilməz yolları

rahatlıqla dəf edirdik. Gecə 1-2 radələrində ani minaatanlardan(120mm-lik) iriçaplı silahlardan, biz olduğumuz istiqaməti fasiləsiz atəşə tutdular, dərhal mövqeləndik, atəşlərə baxmayaraq biz irəliləyirdik. Mövqeləndiyim yerdə mən döyüş yoldaşımla bərabər idim. Növbəti dəfə bizim mövqe tərəf atəşə tutuldu, düşən 2 ədəd mərmi bizim sağ sol istiqamətimizdə partladı, ilkin partlayış döyüş yoldaşım tərəfdə, növbəti mərmi isə mən olduğum istiqamətdə partladı, növbəti partlayış mən tərəfdə təxmini 10-15 metrlikdə partladı, həmin anda sol qolumdan qəlpələrlə zədə aldım və tez bir zamanda yanımda olan döyüş yoldaşımı 

qaldırmaq istədim, mövqeyi dəyişmək məcburiyyətində idik. Əlimlə kürəyindən tutub qaldırmaq istəyəndə gördüm artıq şəhid olub, döyüş yoldaşım ilkin partlayışda artıq şəhidlik zirvəsinə yüksəlmişdi.Ruhu şad olsun.

 Bundan ağır an ola bilməz bir dəyqənin içində ən yaxınında olan sağlam, gənc bir igid qəhrəmancasına can verdi. Digər döyüş yoldaşlarımla şəhid olan qardaşımızı etibarlı yerə təxliyyə etdik, həmən yerdə öz qolumun qanaxmasını az da olsa saxlaya bildik. Və biz digər yaralı döyüş yoldaşlarımızla oradan təxliyyə olunduq, lakin digər döyüş yoldaşlarımız irəliləyərək qələbə qazanmışdı, sevincimizin həddi hüdudu yox idi. Mən hər bir şəhid qardaşlarımızın ata və analarının önündə baş əyirəm. Biz hamımız bilirik ki şəhidlər ölmür, onlar hər zaman bizimlədi və ən uca məqama yüksəliblər. 

Allah bütün şədidlərə rəhmət eləsin, biz Qarabağı onların qanı bahasına aldıq, ruhları şaddır qanları əsla yerdə qalmadı. Əbədi yaşar milli liderimizin H.Əliyevin ən böyük arzusu olan işğalda olan torpaqların azad olunması öz dədə baba yurdumuz olan, tarixi məskənlərimizin rahat və dinc şəraitdə olması idi. Bu günkü gün hər bir Azərbaycan gənci böyük qürurla irəli addımlayırdı. Bizə isə bu sevinci 

yaşadan Ali Baş Komandanımızın verilən əmri sayəsində biz bunu etdik. Cənab Ali Baş Komandanın "Qarabağ Azərbaycandır" sözü ilə biz bir yumruq olaraq birlik bərabərlik nümayiş etdirərək "Qələbə Zəfəri" çaldıq. Yaşasın cənab İlham Əliyev, Yaşasın Azərbaycan xalqı.

SARA Göyçəli Şərifova