Rzayev İmamverdi Allahverdi oğlu 1953-cü ilin  mart ayının  5-də  Cəlilabad rayonunda zəhmətkeş  bir ailədə anadan olub.  1969-cu ildə Cəlilabad  rayonunda orta məktəbi bitirib.

1972- 1974-cü illərdə SSRİ  Silahı Qüvvələrində müddətli  həqiqi hərbi xidmətdə olub. 

1981-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsini cərrah ixtisası  üzrə bitirib, həmin ilin avqust ayında internatura keçmək üçün Tatarıstanın Naberejnı-Çelnı şəhərinə göndərilib.

1981-1982-ci illərdə Təcili Tibbi Yardım xəstəxanasının “II Cərrahiyyə şöbəsi”ndə həkim-cərrah vəzifəsində çalışıb.

1982-1985-ci illərdə Naberejnı-Çelnı şəhərində 2 nömrəli Şəhər Klinik Xəstəxanasında ilk öncə ordinator, sonra isə həmin “Cərrahiyyə şöbəsi”nin müdiri vəzifəsində çalışmışdır. 

1986-1993-cü illərdə  Bakı şəhərində Elmi Tədqiqat Vərəm İnstitutunda Ftizio-cərrah kimi irinli cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyib.

1993-1996-cı illərdə Daxili  İşlər Nazirliyi Daxili Qoşunlarının Şirvan , şəhərində, Hacqabil və Binəqədi rayonlarının  ərazisində yerləşən hərbi hissələrdə  tibb  məntəqəsinin rəisi, tibb xidməti rəisi, Daxili Qoşunların Qaradağ rayonu ərazisində yerləşən hərbi hospitala isə baş-cərrah, sonra isə  hərbi hissə komandirinin (hospital  rəisinin) tibb xidməti üzrə müavini- tibb xidməti rəisi vəzifəsində Vətənə və  xalqa sədaqətlə  xidmət edib.

1993-1996-cı illərdə  İmamverdi  həkim Daxili Qoşunlarda xidmət etdiyi  müddətdə 

gün ərzində  2 helikopter və Qaradağ stansiyasında 1 sanitar qatar yüzlərlə yaralı və xəstə döyüşkən  əsgər , cavuş , gizir zabit  və mülki vətəndaşları  qəbul edib, yüksək səviyyədə onlara layiqli  tibb xidməti göstərmiş, onların üzərində cərrahiyyə əməliyyatlarına rəhbərlik  etmiş, ən çox  əməliyyatları isə özü  şəxsən uğurla həyata keçirmişdir. 

1993-cü ildən  başlayaraq,   atəş dövrünə qədər vaxtaşırı  ön cəbhəyə ezamiyyətə gedən  İmamverdi  həkim  hərb  səhra lazeretində  yaraları ölümün pəncəsindən xilas edib. Döyüşlərin ən ağır məqamlarında düşmən gülləsinə və mərmisinin təsirindən yaralanmış yüzlərlə döyüşcülərin həyata qaytarılmasında onun misilsiz əməyi danılmazdır.

 Vətənpərvərliyi, yurdsevərliyi,xeyirxağlığı,mehribanlığı,diqqətcilliyi və qayğıkeşliyi  ilə  seçilən İmamverdi həkim 1996-cı ilin dekabr ayında M.Əfəndiyev adına 2 nömrəli Bakı Şəhər Klinik Xəstəxanasında cərrah kimi işə qəbul olnmuş,1997-2012-ci ilə qədər həmin xəstəxanada “I Cərrahiyyə şöbəsi”nin müdiri kimi fəaliyyət göstərmişdir.

 Əhatəsində olan insanların rəğbətini və dərin hörmətini  qazanmış, İmamverdi  Rzayev 2012-2015-ci illərdə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  38 nömrəli Şəhər Poliklinikasının Baş həkimi vəzifəsində çalışmışdır.

2015-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Baş həkim vəzifəsində Vətənə və  xalqımıza sədaqətlə xidmət edib

Tibb xidməti mayoru İmamverdi  Rzayev 08.09.2021-ci il tarixində 68 yaşında öz xahişi ilə  tutduğu baş həkim vəzifəsindən azad olaraq təqaüdə çıxıb.

İmamverdi  Rzayev öz xidməti vəzifələrini, hərbi hissə, (hərbi hospital),   mərkəzi  xəstəxana  və poliklinika qarşısında qoyulmuş  tapşırıqları yerinə yetirərkən 

dəfələrlə mükafatlandırılıb. 

Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir İmamverdi həkim sağlamlıq bəxş etdiyi insanların ömründə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

Allah tibb  xidməti mayoru Rzayev İmamverdi  Allahverdi oğluna möhkəm cansağlığı, uzun ömür  və firavan həyat nəsib etsin.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnk Salman Musayev