Əfqan Yəhyayev -Vətən uğrunda yarımçıq qalan ömür, unudulmayan qəhrəmanlıq.
Bir kəndin sevimlisi, bir ailənin fəxri, Vətənin igid oğlu.

Hər bir insanın həyatı bir ailədə başlayır, uşaqlıq xatirələri isə ömrü boyu onunla yaşayır.Elə insanlar var ki, həyatdan köçsələr də, xatirələri doğmalarının qəlbində, böyüdükləri torpağın yaddaşında və xalqın tarixində yaşayır.Əfqan Yəhyayev də belə ömür sahibləribdən biri idi.
Əfqan Hacıağa oğlu Yəhyayev 30 oktyabr 1972-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində dünyaya göz açmışdır.O, ata-anasının qayğısı və sevgisi ilə böyümüşdür.Ailədə 4 qardaşı və bir bacısı vardı. Uşaqlıq illəri ata-anası, qardaşları və bacısı ilə birlikdə keçən xoş günlər, ailə məhəbbəti və doğma kəndinin unudulmaz xatirələri ilə yadda qalmışdır.
O, kənddə hamının sevimlisinə çevrilən, insanlarla asanlıqla dil tapan, öz davranışı ilə hörmət qazanan uşaqlardan idi.Əfqan üçün insanlarla münasibətdə mehribanlıq, dostluqda sədaqət, gündəlik həyatda isə zəhmətkeşlik mühüm yer tuturdu. Onu tanıyanların yaddaşında xoş rəftarı, işgüzarlığı və çevikliyi ilə seçilən bir gənc kimi qalması da məhz bu xüsusiyyətlərindən irəli gəlirdi.

Məktəb illəri və gələcəyə ilk addımları.

Əfqan uşaqlıq illərindən başlayaraq həyat yolunda özünə məxsus iz qoymuş məktəb illərində biliklərə yiyələnərək gələcəyə ümidlə baxmışdır. Onun həyatında ailəsinin dəstəyi və doğmalarının sevgisi mühüm yer tuturdu. Əfqan məktəb illərində nümunəvi şagird olmuş, dərslərinə məsuliyyətlə yanaşmış, bacarığı və çalışqanlığı ilə müəllimlərinin rəğbətini qazanmışdır.
Əfqan da hər bir gənc kimi öz gələcəyini qurmaq, təhsil almaq, işləmək və həyatda müəyyən bir mövqe qazanmaq istəyirdi. Qarşıda onu həyatın yeni mərhələləri , yeni məqsədlər və arzular gözləyirdi. Lakin o  zaman heç kəs bilmirdi ki, bu gəncin həyat yolu çox keçmədən Vətənin taleyi ilə qovuşacaq, şəxsi arzuları ilə böyük bir xalqın azadlıq və torpaq uğrunda mübarizəsi arasında ağır bir seçim qarşısında qalacaq.

Gələcəyə açılan ümidlər.

Məktəb illəri başa  çatdiqca qarşısında yeni arzular və məqsədlər açılırdı.O da minlərlə gənc kimi təhsil yolu ilə irəliləmək, özünə layiqli bir həyat yaratmaq arzusunda idi.
Məktəbi bitirdikdən sonra ali təhsil almaq, biliklərini artırmaq və həyatda özünə layiqli yer tutmaq istəyirdi. Bu arzularla Bakıya, əmisigilə gələn Əfqan ali təhsil müəssisəsinə qəbul olmağa çalışsada, istədiyinə nail ola bilmədi. Lakin ruhdan düşmədi. Bakıda bir idarəyə işə düzələrək əmək fəaliyyətinə başladı. Həyatın qarşısına çıxardığı çətinliklərə baxmayaraq yoluna davam etməyə çalışırdı. Gənc yaşlarından işgüzar və zəhmətkeş olması onun həyatın məsuliyyətlərini qəbul etməyə hazır olduğunu göstərirdi.

Hərbi xidmət və Vətənə bağlılıq.

1990-cı ilin payızında Əfqan Yəhyayev Xaçmaz rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. O,Vətən qarşısında müqəddəs borcunu yerinə yetirmək, torpağının müdafiəsinə hazır olmaq əzmi ilə hərbi xidmətə yollanır. Hərbi xidmət onun üçün yalnız bir vəzifə deyil, doğma Vətəninə sədaqətini göstərmək imkanı idi.Əfqan Vətənə xidmət etməyi xalqının təhlükəsizliyi və torpaqlarının qorunması uğrunda dayanmağı özünə şərəf bilirdi.Vətənə olan bağlılığı və məsuliyyət hissi onu çətin sınaqlardan qorxmamağa, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyə ruhlandırırdı.
1992-ci ildə Qarabağda baş verən hadisələr, torpaqlarımızın işğala məruz qalması Əfqanı dərindən sarsıdır.Vətənin ağır günlər yaşadığı bir vaxtda o, könüllü olaraq Milli Ordu sıralarına yazılır və torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulur.

Döyüş yolu və Vətən uğrunda mübarizə.

Vətənin ağır günlərində Əfqan Yəhyayev döyüş yoluna qədəm qoyaraq torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulur.O, Xocavənd və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edərək düşmənə qarşı mərdliklə vuruşur.Onun məqsədi doğma torpaqlarımızı düşmən tapdağından xilas etmək, xalqımızın azadlığı və gələcək nəsillərin firəvan həyatı uğrunda mübarizə aparmaq idi. Döyüşlərin ağır və təhlükəli anlarında belə, Əfqan Vətən qarşısındakı borcuna sadiq qalır, qorxmadan mübarizəsini davam etdirir.O,gənc yaşına baxmayaraq, Vətən sevgisinin və torpağa sədaqətin canlı nümunəsinə çevrilir. Təəssüf ki, torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərin birində Əfqan qəhrəmancasına şəhid olur.

7 oktyabr 1992- ci il - yarımçıq qalan arzular

Həmin gün Əfqan Yəhyayevin həyat yolu faciəli şəkildə yarımçıq qaldı.Onun gələcəyə dair arzuları, doğmalarına qovuşmaq və ailəsi ilə xoş günlər yaşamaq istəyi ürəyində qaldı.O, Vətən torpaqlarının müdafiəsi uğrunda mübarizə apararkən canından keçdi.Əfqanın vaxtsız gedişi ailəsinin, doğmalarının və onu tanıyan hər kəsin qəlbində dərin iz buraxdı. İllər keçsə də, onun xatirəsi unudulmur, qəhrəmanlığı hörmət və ehtiramla yad edilir. Yarımçıq qalan arzuları ömrünün sonu olsada, Vətənə bağlılığı və əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Şəhidlik zirvəsi - Unudulmayan ömür, sönməyən xatirə.

Əfqan, sən Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucaldın. Ömrün yarımçıq qalsa da, adın,xatirən və qəhrəmanlığın səni tanıyıranların qəlbində əbədi yaşayır.Sən bu dünyadan köçdün, amma xatirələrimizdən heç zaman getmədin.
Şəhidlər unudulmur , unudulmaz! Çünki onların ömrü torpağa tapşırılan gün bitmir, xalqın yaddaşında, Vətənin tarixində davam edir.Sənin də yerin bizim qəlbimizdə həmişə ayrıdır, Əfqan!
Bu gün də atan,anan, qardaşların, bacın, dostların,mən, bütün yaxınların və səni tanıyanlar səni sevgi və ehtiramla xatırlayırıq.Sənin yoxluğun qəlbimizdə bir niskgil,xatirən isə heç vaxt sönməyən bir işıqdır. Kaş bircə dəfə də olsa,səni görmək, səninlə danışmaq , doğma səsini eşitmək mümkün olardı...
Sen getdin , Əfqan, amma biz səni unutmadıq .Zaman keçir, illər ötür , nəsillər dəyişir , ancaq Vətən uğrunda canından keçənlərin xatirəsi heç vaxt solmur.Sən bizim üçün təkcə bir şəhid deyil ,həm də bir qürur, məhəbbət və əbədi həsrət rəmzisən.
Ruhun şad , məkanın cənnət olsun , əziz Əfqan! Sən qəlbimizdə yaşadıqca heç vaxt unudulmayacaqsan!

Şəhidə ehtiram 

Şəhid gedər, adı qalar,
Xatirəsi könüldə yaşar.
Vətən səni unutmaz heç zaman,
Ruhun ucalar göylərə hər an.
Əfqan Yəhyayevin əziz xatirəsinə ucaldılan ehtiram.

Əfqan Yəhyayevin qəhrəmanlığı və Vətən uğrunda göstərdiyi şücaət ölümündən sonra da unudulmadı . Onun adını yaşatmaq , xatirəsini gələcək nəsillərə çatdırmaq məqsədilə Xocavənd rayonunda onun büstü ucaldıldı.Atası Hacıağa müəllim oğulları ,o cümlədən əmisi Aydın müəllimlə birlikdə dəfələrlə bu müqəddəs xatirə məkanını ziyarət ediblər.
Atası Hacıağa müəllim dəfələrlə Əfqanın döyüşdüyü hərbi hissəyə gedərək onun qəhrəmanlığın tanınması və layiq görüldüyü Milli Qəhrəman adının verilməsi üçün çalışdı. Təəssüf ki,bu arzu gerçəkləşmədi.Lakin bir həqiqət dəyişməz qaldı: Əfqan bizim qəlbimizdə öz qəhrəmanlıq zirvəsini fəth etmiş bir Vətən oğludur!
Qardaşları da onun xatirəsinin yaşadılması üçün sosial şəbəkələrdə məqalələr paylaşaraq həyat yolunu , döyüş şücaətini insanlara çatdırdılar.Xanım yazar Gözəl Az Ayın köməyi ilə çap olunan "Səni necə unudum"adlı kitabda da bir sıra şəhidlərimizlə yanaşı, Əfqanın həyat yolu, yaradıcılığı və döyüş xatirələri qələmə alındı.
Bütün bunlar bir ailənin öz övladına olan sonsuz sevgisinin, onunla fəxr etməsinin və xatirəsini yaşatmaq əzminin ifadəsidir. Çünki qəhrəmanlar yalnız tarixdə deyil , onları sevən insanların qəlbində də əbədi yaşayırlar.

Adını daşıyan məktəb -Əfqanın yaşayan xatirəsi.

Əfqan Yəhyayevin vaxtilə təhsil aldığı Xaçmaz rayonunun Çiləgir kəndindəki məktəb bu gün onun adını daşıyır. Bu, qəhrəman bir Vətən oğlunun xatirəsinə göstərilən böyük ehtiramın,onun həyat yolunun gələcək nəsillərə örnək olmasının rəmzidir.
Məktəbin həyətində Əfqanın heykəlinin ucaldılması , məktəbin daxilində onun döyüş yolunu, qəhrəmanlığını və həyatını əks etdirən lövhələrin yerləşdirilməsi onun adının daim yaşadılmasına xidmət edir.Məktəbin direktoru, müəllimləri və şagirdləri müxtəlif tədbirlər keçirərək Əfqanın xatirəsini ehtiramla yad edir , onun Vətən sevgisini və qəhrəmanlıq yolunu gələcək nəsillərə catdirirlar.
Əziz Əfqan,sən bir zamanlar bu məktəbin şagirdi idin.Bu gün isə adın həmin məktəbin divarlarında ,həyətində, müəllimlərinin xatirələrində və şagirdlərinin qəlbində yaşayır.
Bu məktəb səni həmişə yaşadacaq!
Burada oxuyan hər bir şagird sənin qəhrəmanlıq yoluna baxaraq Vətən eşqi ilə böyüyəcək , yaxşı oxumağa, yüksək nəticələr qazanmağa ,məktəbini uğurla bitirərək daha böyük təhsil zirvələrinə yuksəlməyə çalışacaq.
Sənin həyatın onlara öyrədəcək ki,Vətəni sevmək ,xalqa xidmət etmək və şərəfli ad qoyub getmək insan ömrünün ən böyük mənasıdır.
Sən bu məktəbin sadəcə adını daşıyan qəhrəmanı deyilsən , Əfqan! Sən onun tarixisən, qürurusan, gələcək nəsillərə Vətən sevgisini, qəhrəmanlıq nümunəsini və unudulmaz bir ömür salnaməsini miras qoyan igidsən!
İllər keçir,sən inudulmursan, Əfqan!

İllər keçir, zaman öz axarı ilə irəliləyir, amma Əfqan ,sənin yoxluğunla barışmaq ailən üçün heç də asan deyil.Sən bu dünyadan koçsən də, xatirən hər zaman doğmalarının qəlbində yaşayır. Hər il oktyabrın 30-u- sənin doğum günün yaxınlaşanda ailənin qəlbində həm qürur ,həm də kövrək bir nisgil baş qaldırır.
Bu əlamətdar gündə atan,anan və ailən oz evlərində sənin doğum gününü qeyd edir , xatirənə həsr olunmuş ehsan süfrəsi açırlar . Bu məclis sadəcə bir ad gününün xatırlanması deyil,həm də sənin əziz xatirənə sədaqətin ,sənə olan sonsuz sevginin ifadəsidir.
Məclisə səni tanıyan yaxınların, dostların,qohum-əqrəban, kənd camaatı və səni sevən insanlar toplaşırlar.Sənin haqqında xatirələr danışılır, keçdiyin ömür yolu ,igidliyin, insanlığın yada salınır. Hər kəsin söhbətində səndən bir iz, qəlbində isə sənə aid unudulmaz bir xatirə yaşayır.Sənin adın çəkildikcə o məclisdə həm qürur,həm də ayrılığın ağrısı hiss olunur.
Sonra doğmaların və səni yad etməyə gələn insanlar kənd qəbiristanlığında uyuduğun məzarını ziyarət etməyə gedirlər. Məzarının üstünə gül dəstələri qoyulur,ruhuna dualar oxunur. Hər kəs ürəyində sənə söyləyə bilmədiyi sözləri, yarımçıq qalmış arzuları ilə səssizcə səninlə danışır. Çünki insan sevdiklərini itirsə də , onlara olan sevgisini heç vaxt itirmir.
Əziz Əfqan,illər ötür, fəsillər dəyişir, amma sənin xatirən ailənin, doğmalarının və səni tanıyan insanların qəlbində yaşayır.Sən Vətən uğrunda canından keçərək ömrünü yarımçıq qoydun, lakin adını , igidliyini və xatirəni yaşatdın.Sənin həyat yolun gələcək nəsillərə vətənpərvərlik, mərdlik və sədaqət nümunəsi olaraq qalacaq.
Sən getdin, Əfqan, amma xatirən bizimlə qaldı .Sənin üçün darıxanların qəlbində hər zaman yaşayacaq , adın daim hörmətlə çəkiləcək , xatirən uca tutulacaq. Hər il doğum günündə adın yenidən anılacaq ,hər il məzarının üzərinə güllər duzuləcək,hər il sənin haqqında danışılacaq.
Sən bizim üçün yalnız keçmişin bir xatirəsi deyilsən.Sən ailən qüruru, doğmalarının nisgilli,səni tanıyanların yaddaşında yaşayan əziz bir insansan.

Ruhun şad, məkanın cənnət olsun,əziz Əfqan! Sən unudulmadın,unudulmursan və heç vaxt unudulmayacaqsan. Çünki bəzi ömürlər qısa olsa da, qoyduqları iz əbədidir.Sənin adın da o əbədi izlərdən biridir!

Əziz Əfqan,bu xatirə sənə hədiyyəmizdir!

Ad günün mübarək,əziz Əfqan!

Hörmətlə: AVMVİB - nin Nəsimi rayon şöbəsinin sədr müavini Həşimov Namiq 

Bakı -30 oktyabr 2026- cı il.