IMG-20261015-WA0047

İstanbul Azərbaycan Jurnalistlər Həmrəylik və Yardımlaşma Dərnəyinin Azərbaycan Nümayəndəliyinin rəhbəri, “Öztürk TV”- nin aparıcısı Sara Göyçəli Qarabağ Universitetində olub.

Səfər çərçivəsində Qarabağ Universitetinin fəaliyyəti, ali təhsil sahəsində həyata keçirilən yeniliklər və Azərbaycanın elm-təhsil potensialının inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərdə təhsilin dirçəldilməsi, gənc nəslin bilikli və savadlı yetişdirilməsi, eləcə də Qarabağın elmi və mədəni həyatının canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sara Göyçəlinin universitetə səfəri Azərbaycan jurnalistləri ilə təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin elmi, mədəni və ictimai həyatının təbliği baxımından əhəmiyyətli addım kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, Öztürk TV Azərbaycanın təhsil, elm və mədəniyyət sahəsindəki uğurlarının işıqlandırılmasına, milli dəyərlərimizin təbliğinə və Qarabağın dirçəliş tarixinin geniş auditoriyaya çatdırılmasına bundan sonra da xüsusi diqqət ayıracaq.

Mətbuat xidməti