Daxili İşlər Nazirliyi (DİN-in) Daxli Qoşunlarının və Hacıqabul rayon təhsil şöbəsinin həyatında özünəməxsus xidmətləri olan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarına isti münasbətdə olan, heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəsə doğmalıq münasbəti yaradan, peşəkarlığı, humanistliyi, dərin zəkası, . dəqiqliyi, təmkinliyi, səmimiyyəti və sadəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 46 ildən çox şərəfli xidmət yolunun 19 ilini hərbi xidmətdə, 27 ilini isə Hacqabul rayon Təhsil şöbəsində keçirən Əfqanıstan və Azərbaycan Respublikasının müharibəsi veteranı- istefada olan kapitan Ağayev Nərman Qubat oğlu oktyabr ayının 28 -də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB ) Hacqabil rayon şöbəsinin sədri vəzifəsinə təyin olunub 

Biz Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri olmaqla kapitan Nərman Ağayevin AVMVİB-nin Hacqabil rayon şöbəsinin sədri vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirik,ona möhkəm cansağlığı ,ailə səadəti, xoşbəxtlik, firavan həyat və fəaliyyətində yeni uğurlar arzulayırıq.

Xatırladaq ki, kapitan Ağayev Nərman Qubad oğlu 1960-ci ilin yanvar ayının 29- da Hacqabul (şəhərində) rayonunda zəhmətkeş bir ailədə anadan olub. 

1977-ci ildə Hacqabul rayon (şəhər) orta məktəbi ,1982-ci ildə Sovet Ordusunun Kalininqrad vilayətində yerləşən gizirlər məktəbi bitrib.

 Nərman Ağayev Daxili Qoşunlarda xidmət etdiy illər ərzində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, xüsusi – taktiki təlimlərdə ,komanda -qərargah məşqlərində, zabitlərin hazırlığı kurslarında, seminar və konfraslarda fəal iştirak edib.

 Nərman Ağayev 1979 – 1981- ci ilərdə SSRİ Müdafiə Nazirliyinin Polşa Xalq Respubilkasında yerləşən hərbi hava qüvvələrinin desant diversiya hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

1981 -1991 ci illərdə Soved Ordusunun, Kramatovski, Armavir və Maykop şəhərlərində,Azərbaycan Respubilkasının Hacqabul rayonunda və Əfqanıstan Demokratik Respubilkasında yerləşən Hərbi Hava Qüvvələrin avasiya desant hərbi hissələrin birində müxtəlif vəzifələrdə calışıb.

1991- 1998 -ci illərdə Azərbaycan Respublikasının DİN -in Daxili Qoşunlarının Hacıqabul rayonunda yerləşən hərbi hissəsində taqım və bölük komandiri, silah xidməti rəisi vəzifələrində Vətənə və xalqa sədaqətıəə edib.

Kapitan Nərman Ağayev 1999 - 2026 cı illərdə 

Hacqabul rayon təhsil şöbəsində metodist vəzifəsində işləyib.

Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Nərman Ağayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək,ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib. Əfqanıstan və Azərbaycan Respublikasının müharibə veteranıdır.

 Nərman Qubad oğlu Ağayev DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi , oxuduğu orta və ali məktəblərdə həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.

Kapitan Nərman Ağayev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi, Hacıqabul rayon təhsil şöbəsində işlədiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləc də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Kapitan Nərman Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. Nərman Ağayev istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsssisə-lərində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 O, qanunvericiliklə; müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,şəhərdəvə yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütə-şəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında, zərərsizləşdirilməsində,qəzalar,yanğınlar, bədbəxt hadisələr,təbbi fəlakətlər və başqa fövqalədə hallar , habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 Nərman Ağayev xudməti və ictimai vəzifə borclarının yerinə yetirilməsinə məsuliyətlə yanaçdığına və nümunəvi xidmətinə görə SSRİ Ali Sovetinin, Əfqanıstan Demokratik və Azərbaycan Respubliklarının Prezidentləri adından, SSRİ Müdafiə Nazirinin, Azərbaycan Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, Hacqabul rayon təhsil şöbə rəisinin, hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:

1.”Qüsursuz xidmətlərə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim xidməti ili xidmətə görə;

2.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

 3.” SSRİ Silahlı Qüvvələrin 70-iliyi (1918-1988)” yubiley medalı ilə;

4.“Azərbaycan Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

5.”Əfqanıstan müharibə iştirakcısı”(Əfqanıstan müharibəsi veteranı) medalı ilə; 

6.”Beynəlmiləl döyüşcü” medal ilə;

7.“Müharibə Veteranı” medalı ilə;

 8.“Azərbaycan Vətən Müharibəsi Veteranıarı İctimai Birliyin 25 illiyi (1994- 2019)” yubiley medalı ilə. 

 Hörmət və ehtiramla:Polkovnik Salman Musayev