Təqdimatda paytaxt ədəbi mühitinin ziyalıları ilə yanaşı bölgə ədəbi mühitinin ziyalıları da iştirak etmişlər.

Onlar tribunadan müəllifə öz təbriklərini çatdırmışlar. O cümlədən təqdimatda kitabların redaktoru, uzun illərdən bəri pedaqoji fəaliyyətlə məşğul olan filoloq Əziz Orucov da iştirak edərək, əsərlərin redaktəsi zamanı üzərinə düşən məsuliyyətdən geniş söz açmışdır. O, bir nüfuzlu ziyalı, dilçi və oxucu qismində müəllifin qələmə aldığı nəzm və nəsr əsərlərindən izahlı məlumat vermişdir.Əziz müəllim qeyd etmişdir ki, gənc nəsil yazarlara dəstəyi onun mənəvi aləminin hüzurudur. O, redaktə etdiyi hər əsərdə daha həssas olduğunu və əsərlərin reallıqla səsləşməsini hər zaman diqqətinin mərkəzində olduğunu vurğulamışdır.Eyni zamanda bu kitabların gənclərinin tərbiyəsində əhəmiyyət daşıdığını göstərmişdir.Hörmətli filoloq Əziz Orucov, AYB-nin Aran Bölümünün sədri Sərvaz Əsgərli və digər ziyalılar çıxışlarının sonunda müəllifə yeni yardıcılıq uğurları arzulamaqla, hər zaman mənəvi dəstəyini əsirgəməyəcəklərini bildirmişlər.