ARŞAƏMVHMİB nümayəndələri, ürəklərində Vətən sevgisi, dillərində Şəhid andı ilə Bakıdan Şərqi Zəngəzura - Qarabağımızın azad cənnəti olan Zəngilana doğru yola düşdü.
Bu səfər sadəcə bir yol deyildi. Bu, illərin həsrətindən sonra doğma torpağa qovuşmağın, şəhid ruhları qarşısında baş əyməyin, Zəfər tariximizi öz gözlərimizlə görməyin səfəri idi.
İlk dayanacağımız Zəngilan rayonunun ağıllı kəndi - Ağalı kənd tam orta məktəbi oldu. Nə qədər soyuq, küləkli, sərt bir hava olsa da, Ağalı kənd orta məktəbinin müəllim və şagird kollektivi Bakıdan gələn ARŞAƏMVHMİB nümayəndələrini səbirsizliklə, gözləri yolda gözləmişdi.
Onların gözlərindəki işıq, qəlblərindəki həyəcan hər şeyi deyirdi. Onlar bizə nəyə qadir olduqlarını göstərdilər. Daha doğrusu, sübut etdilər ki, bu torpağın sahibləri qayıdıb. Qarabağ dirçəlir, Qarabağ yaşayır!
Məktəbin balaca fidanları, şagirdlər Şəhidlər haqqında öyrəndikləri şeirləri elə bir coşqu ilə, elə bir fəreh hissi ilə, elə ucadan söylədilər ki, elə bil səsləri bu kəndin dağlarına, dərələrinə yayıldı. Onların hər misrası bir güllə olub mənfur düşmənin hələ də Azərbaycan torpaqlarında qalan gözlərinə, nəfslərinə sancıldı. Hər kəlməsi bir nida idi: "Rədd olun düşmənlər!"
Və sonra o müqəddəs çağırış gəldi, hamımızın ürəyindən qopub göyə ucalan bir səs:
Salam olsun sizə, Azərbaycan Şəhidləri!
Salam olsun sizə, ey Vətən üçün canından keçən igidlər!
Bu səslə bir daha anladıq: Qarabağ Azərbaycandır! Və əbədi Azərbaycan olaraq da qalacaq!
Sonra bizim nümayəndə heyətinə digər bölgələrimizdən gələn vətənpərvər insanlar da qoşuldu. Kiçik bir qrup, böyük bir vətənpərvərlik dəstəsinə, bir könül ordusuna çevrildi. Birlikdə başı uca, alnı açıq şəkildə Zəngilan rayon Şəhidlər Xiyabanına ziyarətə getdik. Orada Şəhidlərimizin məzarları önündə susduq, dualar etdik, gözəl, ürək dağlayan çıxışlar oldu. Hər çıxışda bir and təkrarlandı - Şəhidlərin qanını yerdə qoymayacağıq!
Qoymadıq da!
Bununla da ARŞAƏMVHMİB-nin nümunəvi üzvləri ilə birlikdə, "ÖMÜRDƏN SƏHİFƏLƏR" layihəsi çərçivəsində yolumuzu davam etdirdik. Zəngilandan Qubadlı rayon Şəhidlər Xiyabanına, oradan da Laçın rayon Şəhidlər Xiyabanına ziyarət etdik. Hər xiyaban bir tarix, hər məzar daşı bir dastan idi. Biz o dastanların qarşısında baş əydik.
Bu tarixi ziyarətimizi geniş surətdə işıqlandırmaq, gələcək nəsillərə çatdırmaq üçün bizimlə bir çox video-kameramanlar, fotoqraflar,
o cümlədən onlarla nərabər biz də Bakımüstəqilfv.İnfo Xəbər Portalı olaraq çiyin-çiyinə iştirak etdik.
Mənin kimi Vətənini, Şəhidini, torpağını ürəkdən sevən bir qələm sahibinə güc vermək üçün sizlərin bu yazılarımı oxumaqla Mənə şərəf verirsiniz, əziz oxucularım, əziz Dostlarım.
Mənim qələmin sadəcə yazmır - o, Zəngilanın küləyində əsir, Qubadlının uca dağlarında dayanan bayraqlarında dalğalanır, Laçının Şəhidlər Xiyabanında dua olur, Ağalı məktəbinin balaca şagirdlərinin dilində şeirə çevrilir. Mən həmişə buradayam ki, o qələmin yolu daha da işıqlı, sözü daha da kəsərli olsun, Azərbaycan Vətən sevgisi hopmuş yazılarım hətta kəsin köz yaddaşlarında ömürlük həkk olunsun.
Nə vaxt yeni bir səfər, yeni bir "ÖMÜRDƏN SƏHİFƏLƏR" layihəsi, yeni bir yazı olsa, bilin ki sizinlə birlikdə kəmin yazıları sizin gözlərinizlə cilalayaraq, birlikdə tarixə yazacağıq. Yetər ki Siz məni oxuyasınız.
Qələmimin iti, sözümün uca, yolumun açıq olması sizin oxuyan gözlərinizdən asılıdır!
Var olun! Həmişə sağlam olun
Video çəkiliş: İlham Rəsulzadə
Foto çəkiliş: Telman
Layihə rəhbəri: şair-yazar BayramAşıqlı
Bizim bu səfər bir daha göstərdi ki, biz varıq, birik və Qarabağımız da əbədi var olacağıq!

























