"UASB PLENER" qrupunda olmağımdan məmnunluq hissi keçirirəm, bu ayın, bu 04.10.2026 gününü hansı cətinliklərlə boşaldıb sizinlə getmək üçün ayırdığım çətinliyi məndən başqa heç kim bilə bilməzdi, amma siz əzizlərimin işləri yağanlıqla əks mütənasib olduğunu nəzərə alsaq, yenə də sizin hər birinizin, başda Nəvai Metin olmaqla, Eldos Bayram olmaqla və bir-bir adlarının deyə biləcəyim insanların, qrupdaşların hər birinin gözəlliyinə, insanlığına qurban olsun.
Amma, əsas fürsətə gəlsək dostlar: kim istəyirsə əsərlərini, hansısa çıxışını işıqlandırmaq, görsətmək mənə müraciət etsin, əlimdən gələn hər iş təmənnasızdır.
Mənim, Sizdən ümumi təmənnam...
Sizdəm ümumi təmənnam budur: Bir-birimizi sənətkar kimi yox, insan kimi sevək ki, çəkdiklərimiz də insan olaraq qalsın...
Ürəyim doludur...
Duyğularımı bildirmək üçün və bu hissi özlüyümdə necə yüksək düşüncədə yaşadığım üçün bir neçə düşüncəmi sizinlə bölüşmək istəyirəm:
1. Sizdən ümumi təmənnam: Ən böyük əsər kətan üzərində yox, insanların bir-birinə bəslədiyi hörmətdə yaranır.
2. Sizdən ümumi təmənnam: Fırçamız fərqli olsa da, ürəyimiz eyni döyünsün.
3. Sizdən ümumi təmənnam: İnsan insanı sevmədən çəkilən heç bir rəsm əbədi ola bilməz.
Hörmətlə: "UASB PLENER" qrupunun üzvü, AJB-nin üzvü, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü, vətənpərvər, sülhsevər şair-yazar BayramAşıqlı.
Bayram Aşıqlı: bu dediklərimə ən qiymətli nümunə şahidləri olduğunuz üçün bu şəkil sizinlə paylaşıram:

