Buna baxmayaraq onun poeziya yaradıcılığı ilə ara-sıra maraqlanıram və onun yaradıcılığına dərindən bələd olmaq haqqında rəyi yazmaq fikrimdən keçdi.  

Mən burada onun həm bədii yaradıcılığı, həm də həyat tərcümeyi-halına nəzər yetirmək qərarına gəldim.

Eldar Hüseynov 1954-cü ildə Bakının ən qədim kəndlərindən biri olan Əmircan kəndində (köhnə Xilə kəndi) dünyaya göz açıb, bakılıdır. Atası azərbaycanlı, anası isə polyakdır (polşalıdır). Rus dilli olması həm bu səbəbdən, həm də dövrü zamanın tələblərinə əsasən orta məktəbi rus dilində bitirməsi əsasında yaranıb. Elə buna əsasən də Eldar Hüseynovun ədəbi-bədii yaradıcılığı rus dilindədir, yəni rus dilli şairdir. Mənim üçünsə yaradıcı insanın dilindən, dinindən, milliyyətindən asılı olmayaraq gözəl yaradıcı insan olmalı və onun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirmək lazımdır və layiqli yerini tutmalıdır. 

Eldar Hüseynov (El Bakuvi ) məhz belə bir yaradıcı insanlardan biridir. 

Eldar Hüseynov rus dilli olduğu üçün də bütün yaradıcılığı rus dilindədir, yəni, rus dilli şairdir və yaradıcı insandır.

Mən Eldar Hüseynovu (El Bakuvini) əsasən 2024-cü ildən onun haqqında müxtəlif qəzetlərdə, jurnallarda dərc olunan yazılardan və saytlərdə yayınlanan bir-birindən fərqli və geniş məzmunlu yazılardan tanıyıram. Məndə onun yaradıcılığı ilə yaxından tanımaq olmaq düşüncəsi böyük maraq yaratdı. 

Eldar Hüseynovun haqqında yazılan məqalələrdən, ədəbi -bədii materiallardan mənə məlum oldu ki, 

Eldar Hüseynov ədəbi-bədii yaradıcılıqla

 gənc yaşlarından məşğul olub.

Oxuduğum materiallardan aydın oldu ki, 

Eldar Hüseynov (El Bakuvi) qırx ildən artıqdır ki, bədii ədəbiyyat sahəsində çalışır. 

Onun "Ruhumun çağrışları", "Prişelets" və "El Bakuvinin yüz soneti "adlı üç şeirlər toplusunun müəllifidir. Onun İlk kitabı Kanadada, Toronto şəhərində "Altaspera "Nəşriyyatı tərəfindən yenidən nəşr edilmişdir və oxucuları tərəfindən sevilə- sevilə qəbul etmişdir. 

El Bakuvi nəzm əsərləri ilə yanaşı, həmçinin nəsr sahəsində də yüksək səviyyədə işləyir, lakin onun yaradıcılıq fəaliyyətində əsas istiqamətləri poeziya tutur. Bunlar poemalar, şeirlər və sonetlərdi.

Heç şübhəsiz ki, Eldar Hüseynov bizim klassik ədəbiyyatımızla yaxından tanış olmamış olsun. Çünki Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əlişir Nəvai, İmadəddin Nəsimi və onlarca belə klassiklərin yaradıcılıqları ilə yaxından tanış olmayan şəxs və yaradıcı insan poeziyanı belə sevib, ona bağlı ola bilməz. 

Məhz bu səbəbdən El Bakuvi artıq altı yüzdən artıq sonetin müəllifidir. 

 Onun zaman-zaman şeirləri bir çox mətbuat orqanlarıda dərc olunub. O, cümlədən dəfələrlə Azərbaycan Yazıçılar Birliyinin "Literatyrnı Azərbaycan" jurnalında şeirləri dərc olunmuşdur. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin "Xəzər "ədəbi cəmiyyətinin üzvü olmuşdur. Müxtəlif zamanlarda onun şeirləri qəzet və jurnallarda dərc edilmişdir. Hal-hazırki vaxtlarda da onun bir çox şeirləri müxtəlif antologiyalarda, qəzet və jurnallarda dərc olunur. Bu yaxınlarda "Borçalı" və "Yurd" nəşriyyatlarında dərc olunan Ədəbi - bədii məcmuələrdə (almanaxkarda) Eldar Hüseynovun şeirləri və onun haqqında tanınmış ziyalılarımız tərəfindən yazılmış məqalələri dərc olunaraq oxucuların ixtiyarına verilmişdir. Vaxtaşırı olaraq "Şərqin səsi," "Elm və təhsil" və "Borçalı" qəzetlərində şeirləri dərc olunur. Bir neçə gün öncə "Bütöv Azərbaycan " qəzetində Eldar Hüseynov haqqında tanınmış ziyalımız Filologiya Elmləri namizədi dossent Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Murzıyevin geniş məqaləsi dərc olunmuşdur.

Ümumiyyətlə Eldar Hüseynovun yaradıcılığına nəzər yetirdikdə şeirlərində məhəbbət mövzusunun geniş yer alması diqqəti cəlb edir. 

El Bakuvi bir Şərq şairi olması, Şərq nəzm ənənələrindən kökləndiyi aydın gözə çarpır. 

 Heç də təəccüblü deyil ki, El Bakuvinin yaradıcılığını nəhəng ustadların yaradıcılığı ilə müqayisə edirik. Hər bir qələm əhlinin özünə məxsus öz dəstixətti olduğu kimi Eldar Hüseynovun da öz poetik ustalığı var, onun sonetlərinin belə diqqət çəkən olmasının sirri ondan irəli gəlir ki, burada eyni zamanda həm Şərq, həm də Qərb poeziyasının motivləri cəmlənmişdir. Bir-birindən gözəl və diqqət çəkən incəlikləri bədii ədəbiyyatda öz əksini tapmışdır. 

 AYB və AJB-nin üzvü,

"Yurd" nəşriyyatının direktoru, 

"Yurd" saytının və "Borçalı" qəzetinin baş redaktoru"Qızıl qələm " media mükafatı laureatı, bir çox fəxri diplomlar mükafatçısı və Prezident təqaüdçüsü

Şair-publisist jurnalist    

Məlahət Sahibqızı