TƏK ÖLKƏDİ TÜRKİYƏ


"Bizim yanımızda olan tək ölkə Türkiyə idi."

                                    İlham Əliyev

Azərbaycan qardaşa, 

Dosta sədaqətlidi!

"Qədirbilən yanında"

Hörmətli, izzətlidi!

Bu sözlər həqiqətdi,

Qızıldan qiymətlidi!

Xain, xəbis gözlərə

Ox kimi batır niyə?

Daim bizimlə olan

Tək ölkədi Türkiyə!


Bu möhtəşəm birliyə

Bəd nəzərlə baxanlar,

Üzdən iraq əşyatək

Ordan,burdan çıxanlar,

Ey satqınlar, alçaqlar,

Şarlatanlar,xoxanlar,

Öz murdar burnunuzu

Soxmayın siz hər şeyə!

Daim bizimlə olan 

Tək ölkədi Türkiyə!


Cənab Prezidentimin

Çox müdrik siyasəti,

Möhkəm dəmir yumruğu,

Poladdan qətiyyəti

Düşmən təbliğatıyla

Dəyişə bilməz qəti!

Gəray da bəyan edir

Şeriylə yerə,göyə:-

Daim bizimlə olan

Tək ölkədi Türkiyə!

04. 10 .2026.