Qazaxıstan, Özbəkistan, Qırğıstan, 

Türkmənistan,Tatarıstan, Türküstan,

Bizə dayaq durdu qardaş Pakistan.

Türk oğluyam, Türkə doğru gedirəm,

Həyatda olanı bəyan edirəm.

Sənətlə, şeirlə edər cihadı,

Ucalsın göylərə Turan övladı,

Yaşasın hər yerdə, qoy Türkün adı,

Türk oğluyam, Türkə doğru gedirəm,

Həyatda olanı bəyan edirəm.

Danılmaz qüdrətin, ucadır adın,

Dünyaya yayılıb şöhrətin, şanın,

Yaşa sən əbədi, Azərbaycanım,

Türk oğluyam, Türkə doğru gedirəm,

Həyatda olanı bəyan edirəm.

Qürurla, fərəhlə çəkirəm adı,

Ucalsın hər zaman qoy Türkün adı,

Fəxrlə söyləsin Türkün övladı,

Türk oğluyam, Türkə doğru gedirəm,

Həyatda olanı bəyan edirəm.

Ad-sanıyla qoy ucalsın, bu Vətən,

Bir əldə qılıncdır,  bir əldə qələm,

Üçrəngli bayrağla yaşasın Vətən,

Türk oğluyam, Türkə doğru gedirəm,

Paşayam olanı, bəyan edirəm.

                                       02.08.2026