Niyə kövrəlmisən ?
Niyə dolmusan ?
Qəmli -qəmli baxan, gözünə qurban.
Alıbdı üstünü kədər buludu,
Pərişanlıq yağan, üzünə qurban.
Ayrılıq sinəmdə naxış toxuyur,
Sevincin üstündə kədər oxuyur.
İndi duyğuların həsrət qoxuyur,
Məhəbbət ətirli sözünə qurban.
Bir bax ürəyimdən qopan haraya,
Fələk möhür basdı bu haqqı - saya.
Səndən uzaqlarda üşüyər G(Ü)LMAYA,
Məhəbbət ətirli sözünə qurban.
