Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olan yüksək peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi, insanpərvərliyi, təşkilatçılıq bacarığı və daxili qoşunlarda səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 37 ildən çoxunu SSRİ Silahı Qüvvələrinində və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda keçirmiş hörmətli veteranmız- polkovnik Həsənov Şəmsəddin Xeyrulla oğlunun sentyabr ayının 29 - da dünyaya göz açdığı xos bir gündür.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan -polkovnik Həsənov Şəmsəddin Xeyrulla oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri,doğmaları və iş yoldaaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edirlər. Şəmsəddin hər yeni yaşınız sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Həsənov Şəmsəddin Xeyrulla oğlu 1972 - ci ilin sentyabr ayının 29-da Bakı şəhərində anadan olub.
1989-ci ildə Cəmşid Naxcıvanski Hərbi liseyi, 1993 -cü ildə Ukrayna respublikasınının Donetski şəhərində A.A.Yepışev adına hərbi ali siyasi mühəndislər və rabitəçilər məktəbini, 1998 - ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə, 2005-ci ildə isə Türkiyə Jandarma Qüvvələrinin Ankara şəhərində yerləşən təlim tədris mərkəzində zabitlərim ixtisaslarıma kursunu bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hərbi hissələrində kecirlən bir çox təlim -metodiki toplanışlarında, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1993 - 2026 ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Naxcvan şəhərində, Lənkəran, Binəqədi, Quba və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə və Ali Hərbi İnstitutda hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, əlahiddə tabor komandirinin ümumi müavini, tabor komandiri, hərbi hissə komandirinin birinci müavini -qərargah rəisi, kafedra rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Polkovnik Həsənov Şəmsəddin Xeyrulla oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və İzmir (Foce) şəhərində yerləşən hərbi məktəblərdə və hərbı hissələrdə işgüzar səfərdə olub.
Şəmsəddin Xeyrulla oğlu Həsənov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin mühafizə olunmasında yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin təhlükəsizliyinin təmin edilməsində və ictimai asayişin qorunmasında, fövqəladə hallar zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazırin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Hərbi İnstitun rektorunun , Ali Hərbi Məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları Şəmsəddin Həsənovu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq, zəhmətkeş, ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
“Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal ilə;
2.“Hərbi xidmətdə fərqlənməyə görə” -3-cü dərəcəli medal ilə;
3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
6.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə,
7."Qüsursuz xidmətə görə "3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
8."Qüsursuz xidmətə görə "2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
9."Qüsursuz xidmətə ğörə "1 -ci (Ali) dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində hərbi borcu, xidməti vəzifələrini, xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinn 6 may 2005-ci il tarixli 803 saylı sərəncamı ilə polkovnik Həsənov Şəmsəddin Xeyrulla oğlu “ Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞƏMSƏDDİN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
