Peşəkarlığı, təşkilatçılıq bacarığı, işgüzarlığı, iradi, mənəvi keyfiyyəti, sadəliyi,  səmimiyyəti,  dəqiqliyi, təmkinliyi ilə  seçilən,  daxili  qoşunlarda özünəməxsus  öz dəsti-xətti olmuş, ömrünün  ən məhsuldar dövrünün  21- ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Orqanında və Daxili Qoşunlarda kecirərək, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı, istefada olan polkovnik- leytenant İsmayılov Arif Məmməd oğlu  16 sentyabr  1966-cı ildə Bakı şəhərində zəhmətkeş  bir ailədə anadan olub.

1983-cü ildə Bakı şəhəri 35 nömrəli orta məktəbi bitirib.

1984-1986-cı illərdə SSRİ Silahı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə olub.

 1991-ci ildə Gəncə Texnologiya Ünverstetini bitirib.

1992-2011-ci illərdə  Daxili İşlər  Nazirliyi Daxili Qoşunlarının Ağdam, Binəqədi , Xəzər, Nərimanov rayonlarının  ərazisində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə, Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyasında  inspektor,  Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə baş zabit və şöbə rəisinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib .Hal -hazırdar Sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

 İsmayılov Arif Məmməd oğlu Daxili  Qoşunlarda xidmət etdiyi müddətdə Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamələrin və əmrlərin tələblərinə və  vəzifə borcuna əməl etməkdə bir cox hərbi qulluqçulara nümunə olmuşdur.

Polkovnik leytenant Arif İsmayılov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanusuz silahlı dəstələrin zərərsizləşdirilməsində, hüquqi  rejim karantin tədbirlərinin həyata keçirilməsndə, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən  vəzifə və tapşırıqların öhdəsindən vaxtında gəlmişdir.

O,  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində tədris dövrü üçün döyüş və ictimai sıyası hazırlıq planına əsasən Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində zaitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, nizami hissə və kəşfiyyat rəisləri ilə, boluklərin yazarları ilə , kecirlənt məşğələlərin, metodiki təlimr toplanışlarının keyfiyyətilə kecirilməsinə məsuliyyətlə yanaşmışdır. Daxili Qoşunların Bas İdarəsinin İnispeksiyasında  inispektor vəzifəsində olduğu illərdə  Qoşunların  İdarəsinin idarə, şöbə  və xidmətlərində, hərbi hissə  və əlahiddə bölmələrində  ümümi, təlim yoxlamalarının  kecirilməsi istqamətində üzərinə düşən vəzifə və tapşırıqların   yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə  yanaşmışdır.

Azərbaycan Respublikasının Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant İsmayılov Arif Məmməd oğlu Daxili Qoşunların Baş İdarəsinidə və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində, xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, bir cox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

  Öz  xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından      " Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 10, 90- və 95- illiyi yubiley, Qüsursuz xidmətlərə görə isə 1-ci, 2-ci və 3-cü dərəcəli"  medallar ilə təltif edilib.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev