Sübhan qardaşım ey, qəlbin pak eylə,
Haqqın nur yolundan azma, düz eylə,
Ədəb tacı geyin, hörmətin bəylə,
Qəlbində yaşasın, Sübhanım mənim.
Həya baş tacındır, şərəfdir, ardır,
İsmətini qoru, mərdə qərardır,
Sözünü ölçüb biç, elə sən yardır,
Bir könül qırılsa, Sübhanım mənim.
Quran qəlbdə yanar, nurlu çıraqdır,
Surəsi qəlbinə, məlhəm qonaqdır,
Hər addımın Haqqa, doğru soraqdır,
Yolunda bərq vurar, Sübhanım mənim.
Dilin daim Haqqı, zikr ilə andan,
Qəlbini qoru sən, böhtan yalandan,
Xeyirxah ol hər dəm, qalar zamandan,
Yaxşı adla get sən, Sübhanım mənim.
Son nəfəsdə qorxma, sarsılma canın,
Şəhadət dilində, olsun ünvanın,
Rəhməti bol olsun, nurlansın canın,
BayramAşıqlı der, Sübhanım mənim.
29.09.2026
