27 Sentyabr müqəddəs Şəhidlərmizin Anım günü ilə əlaqədar Bakı Müstəqil TV- Info Saytının yaradıcı kollektivilə birlikdə qürur yerimiz olan Şəhidlər Xiyabanına baş çəkib qəhrəman Şəhidlərmizin əzir ruhlarını ehtirsmla yad etdik...burada gözyaşlarına boğulan anaları, bacıları,fidanları görüncə ,xeyli duyğulandıq, eyni zamanda bugünkü Qalib ölkəmizin vətəndaşı olmağımıxla hədsiz qürurlandıq...

Vaxt vardı ki,mənfur düşmənlərin taptağında olan ayrı-ayrı bölkələrmizin işğal gününü hər il milli, dini və dövlət bayramlarında məyusluqla xatırladardıq...İndi UCAALLAHIMIZA və pak ruhlu Şəhidlərimizə tükənməz ,yüksək ehtiram hissilə Torpaqlarımızın -kənd və wəsəbələrimizi,şəhərlərimizin mənfur düşmənlərdən tamamı ilə azad etdiyimiz tarixi günləri ümumxalqımız,Dövlətimiz səviyyəsində böyük toy-bayram əhval ruhiyədində qeyd edirik.Hesab edirəm ki , bu rürurverici, iftixarduyucu tarixi möhtəşəm qələbələrimizə görə,UCAALLAHMIZIN ən sevimli bəndələriyik, eyni zamanda dünyanın ən xoşbəxt insanlarıyıq...

Nəhayə,azadlıwsevən xalqımızın uzun zamanlar apardığı ölüm-dirim savaşından sonra, Íkiyüz illik irticaçı rus imperiyasına müzəffər Ali Baş Komandanımızın qətiyyətilə,rəhbərliyilə, xilaskar ordumuzun hünəriylə son qoyduğumuz bu möhtəşəm qələbələrmizin əldə edilməsində xalqımızın bütün sahələrdə çalışan üzvləritək yaradıcı ,vətənpərvər vətəndaşlarımıza da böyük sevinç payı düşür.Təvəzökarlıqdan uzaq olsa da hərbi jurnalis fəaliyyətim zamanı yazmış olduğum və döyüşçü heyət qarşısında çıxış edib səsləndirdiyim bir neçə vətənpərvərlik şeirlərimi bu doğma efitimiz- Bakı Müstəqil TV. nfo Saytımızın seyirçilərinin və dinləyicilərnin ixtiyarına təqdim etməyi özümə şərəfli ,sevincli bir ömür səhifəm hesab edirəm:

ANA VƏTƏN

Demə, dumanınam ,demə, çəninəm,

 Torpaqda göyərən bircə dəninəm,

Bir damlan olsam da Vətən, Səninəm!...

Torpağım , günəşim ,suyum Səndədi...


Sənin övladınam ,sənə baxıram...

Köksündə çiçəyəm, zirvəndə qaram...

Səndən ucalıram, səndən qalxıram,

Vüqarım səndədi, boyum Səndədi...


Yenicə doğulmuş səhər payınam, 

Bir ovuc işığın, gülər payınam, 

Mərdanam, mən oğul, hünər payınam!...

Sevgim, məhəbbətim, toyum ,Səndədi!..


QARDAŞ

Hələ bərkiməmiş qanadlarımla...

Xırdaca quş kimi süzürəm, qardaş.

Sınaqdır,ölümdür cəbhə yolları...

Bu yolda ölümə hazıram ,qardaş...


Düşmən min hiyləylə qurubdur tələ.

Gənclik səngərində durmuşam hələ ...

Əsgərtək döyüşən şeirlərimlə...

Düşmənə min qəbir qazıram, qardaş...


 Lap əzəldən məni doğub mərd ,Anam...

 Vətən üçün iğid ömür, mərd, anam!...

 Mən qalibiyyət övladıyam- Mərdanam.