27 sentyabr 2026-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım proqramı keçirilmişdir.

Tədbir Azərbaycanlılar Birlik Ocağı Dərnəyinin Layihə Rəhbəri Orxan Musaoğlu, təşkilatçılar Zahid Mustafayev və Mir Orxan tərəfindən təşkil edilmişdir.

Anım mərasimində şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, onların ruhuna Qurani-Kərim oxunmuş və dualar edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Konsulluğunun nümayəndəsi cənab Alim Arif oğlu Məmmədov, şairə xanım Turan Novruz, Lalə Aydın xanım və Mənsur Naxçıvanlı iştirak etmiş, çıxışlar edərək şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulamışlar.

Tədbirin sonunda şəhidlərin ruhuna ehsan süfrəsi təşkil edilmiş, iştirakçılar tərəfindən şəhidlərin ruhuna dualar oxunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əziz xatirələri daim qəlbimizdə yaşayacaqdır.