AVMVİB nin Nəsimi rayon şöbəsinin əziz üzvləri - müharibə veteranları, müharibə əlilləri, qazilər və şəhid ailələri, qiymətli silahdaşları!
Hər birinizi səmimi qəlbdən salamlayır, hal-əhvalınızı soruşur, ailələrinizə möhkəm cansağlığı, firavanlıq və xoş günlər arzulayıram.
Bu gün hər birimizin qəlbində xüsusi yer olan, qürur və iftixar hissi ilə qeyd etdiyimiz əlamətdar gündür. Bu münasibətlə hər birinizi bayram münasibətilə ürəkdən təbrik edirəm!
Bizim kecfiyimiz yollar heç də asan olmayıb. Hər birimizin yaddaşında silinməz izlər buraxan ağır döyüşlər, səngər həyatı, çətin sınaqlar, itkilər və Vətən sevgisi ilə yoğrulmuş xatirələr var. Biz Vətənin dar günündə onun müdafiəsinə qalxdıq, torpaqlarımızın azadlığı uğrunda mübarizə apardıq. Bu yolda şəhidlər verdik, sağlamlığını itirən silahdaşlarımız oldu, lakin Vətənə olan sevgimizdən, inamimizdan dönmədik.
Nəhayət, Ali Baş Komandanimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tarixi Zəfər qazandı, torpaqlarımız işğaldan azad edildi. Bu Zəfər xalqımızın birliyinin, ordumuzun qüdrətinin və illərlə aparılan mübarizənin təntənəsi oldu.
Bu gün bizim bayramımızdır! Bu Zəfər uğrunda mübarizə aparan hər bir veteranın, şəhid ailəsinin, müharibə əlilinin və qazisinin və bütün xalqımızın qürur günüdür.
Qələbəmizin şərəfi, Zəfərimizin Qəhrəmanları!
Başda sədrimiz polkovnik Elmar müəllim olmaqla, AVMVİB nin Nəsimi rayon şöbəsinin idarə heyəti adından hər birinizə bu əziz bayram münasibətilə ürəkdən təbrik edirəm!
Əziz silahdaşlarım!
Biz özümüzə bu veteranlar cəmiyyətini bir ev kimi seçmişik. Bu evdə sevincimizi də, kədərimizi də bölüşmüşük. Çətin günlərdə bir - birimizin yanında olmuş, bir yumruq kimi birləşmişik. Gəlin bundan sonra da birliyimizi, qardaslığımızı və həmrəyliyimizi qoruyaq. Bir-birimizə dayaq olaq, şəhidlərimizin əziz xatirəsini daim uca tutaq, veteran adının şərəfini hər zaman layiqincə daşıyaq.
Arzu edirəm ki, ocaqlarınızdan sevinc, süfrələrinizdən ruzi - bərəkət, qəlblərinizdən Vətən sevgisi əskik olmasın. Hər birinizə uzun ömür, möhkəm cansağlığı və ailə səadəti arzulayıram.
Şəhidlərimizin əziz xatirəsini həmişə yad edirik.Azərbaycan respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq.Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun! Biz bir daha sübut etdik ki, Vətən bölünməz, şəhidlər ölməzdir!
Qoy birliyimiz daim olsun, qardaşlığımız əbədi yaşasın!
Qoy Zəfərimizin sevinci daim ürəklərdə yaşasın, Vətənimizin səması həmişə aydın, bayrağımız daim uca olsun!
Bu müqəddəs yolda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, qazilərimizə, veteranlarımıza əlillərimizə və şəhid ailələrinə ehtiramımiz heç zaman əsirgəməyəcək!
Qoy xalqımızın birliyi, dövlətimizin qüdrətli, ordumuzun gücü və Zəfərimizin qüruru əbədi olsun!
Zəfər bayramınız mübarək,əziz Silahdaşlar!
Hörmətlə; AVMVİB nin Nəsimi rayon şöbəsinin sədr müavini Həşimov Namiq
Bakı - 08 noyabr 2026- ci il
