Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, şəxsi intizamı və kollektiv arasında şəxsi nüfuzu ilə seçilən polkovnik-leytenant Mənsimov Arzuman Rza oğlunun noyabr ayının 1-də dünyaya göz açdığı xoş bir gündür.

Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, Arzuman Mənsimovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri, kollektivi, onun doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömür arzulayırlar.

   Xatırladaq ki, Mənsimov Arzuman Rza oğlu 1974 - cü ilin noyabr ayının 1-də anadan olub. 

O, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində təşkil edilmiş treniqlərdə, seminarlarda, metodiki -təlim toplanışlarında,xüsusi- taktiki təlimlərdə və nümunəvi – göstəriçi məşğələlədə fəal iştirak edib 

Polkovnik- leytenant Arzuman Məsimov qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı, zəhmətkeş baş zabitdir, yaxşı ailə başçısıdır. O,istər təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqraba arasında özünə layiq hörmət qazanmışdır.

 O, qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbbi fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın və hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerınə yetirilməsi işində, öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümünə olaraq, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Mənsimov Arzuman Rza oğlu öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşrıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri ilə bir sıra medallara təltif edilib.

Azərbaycan Respublikasının Silahlı qüvvələri vetranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnk Salman Musayev