Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində hərbi xidmətə həsr etmiş, peşəkarlığı,humanistliyi, sadəliyi,vətənpərvərliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ehtiyatda olan mayor Zaur Kərimovun noyabr ayının 6-da dünyaya göz acdığı xoş bir gündür.

Mayor Zaur Kərimov 1973-cü ilin noyabr ayının 6-da Azərbaycan Respublikasının Göyçay rayonunda zəhmətkeş bir ailədə anadan olub.

 Göyçay şəhər 1 nömrəli orta məktəbi, Azərbaycan Dövlət Universitetini və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Döyüş hazırlığı idarəsinin Xəzər rayonu ərazisində yerləşən təlim tədris mərkəzini bitirib.

Zaur Kərimov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etdiyi illər ərzində DİN-in Daxili Qoşunlarının Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edir .

Zaur Kərimov qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş zabitdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Mayor Zaur Kərimov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxilli qoşunların döyüş xidməti nizamnamələrin, digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar xidmətə ruhlandırmışdır.

Z. Kərimov ulu öndərin idealarına, dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş zabit kimi tanınmışdır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, mühüm dövlət obyektlərinin, hərbi anbarların və hərbi şəhərciklərin mühafizə edilməsində, yaşayış məntəqələrində kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanşadığına, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə Zaur Kərimov medallar ilə, əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə, dəfələrlə fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə, mükafatlandırılmış və ona təşəkkür elan edilib. 

  Mayor Zaur Kərimov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Göyçay şəhər təhsil müəssisələrinin birində pedaqoji fəaliyyətini şərəf və məsuliyyət hissi ilə yerinə yetirir.

Doğum günü münasibətilə mayor Zaur Kərimovi Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik , pedaqoji fəaliyyətində isə yeni uğurlar arzulayır.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev