Peşəkarlığı, işgüzarlığı, sadəliyi , vətənpərvərliyi, yurdsevərliyi, şəxsi intizamı, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən mayor Hüseyn Bayram oğlu Rəfiyevin noyabr ayının 4-də dünyaya göz açdığı xos bir gündür.

Biz Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabit və gizirləri,iş yoldaşları olmaqla mayor Rəfiyev Hüseyn Bayram oğlunu doğum günü münasibətilə səmimi- qəlbdən təbrik edir,ona möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavan həyat,cətin və şərəfli vəzifə borcunun yerinə yetirilməsində uğurlar arzulayır.

Xatırladaq ki, Rəfiyev Hüseyn Bayram oğlu 4 noyabr 1981-ci ildə Azərbaycan Respublikasının Masallı rayonunda zəhmətkeş bir ailədə anadan anadan olub.

1999-cu ildə Masallı şəhər 2 saylı orta məktəbi,2003-cü ildə isə Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakultəsini bitirib.

2003- 2004 Dövlət Sərhəd xidmətində müddətli həqiqi hərbi xidmətdə olub. 

2004-cü ilin oktyabr ayından Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət edir .

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə döş nişanları, fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırlıb, aşağıdakı medallarla isə təltif olunub:

1.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15-təqvim ili;

2.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnk Salman Musayev