Daxili İşlər Nazirliyi daxili qoşunlarında müxtəlif  vəzifələrdə  xidmət etmiş, vətənpərvərliyi , işgüzarlığı, sadəliyi və səmimiyyəti ilə secilən ehtiyatda  olan mayor Əliyev Famil Qardaşxan oğlunun noyabr ayının 3-də  dünyaya  göz açdığı xoş bir gündür.

Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan    Famil  Əliyevi doğum günü münasibətilə Daxili  İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri,  Daxili Qoşunların ehtiyatda və istefada  olan zabit və gizirləri onun doğmaları, yaxınları və  iş  yoldaşıları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edrlər.  Famil yaşınızın üstə gələn bu  yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

  Xatırladaq ki, mayor  Əliyev Famil Qardaşxan  oğlu 1983-cü ilin  noyabr ayının  3-də  Naxcvan  Muxtar  Respublikasının  Culfa rayonun Milax kəndində zəhmətkeş bir ailədə anadan olub.

2000-ci ildə orta məktəbi,2004-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.F.Əliyev  Daxili  Qoşunlarda  xidmət etdiyi illər ərzində Daxili  Qoşunların müvafiq strukturlarında keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

  2006-2024- cü illərdə   Daxil Qoşunların Binəqədi, Nərimanov və Xəzər  rayonlarında  yerləşən hərbi hissələrində və Ali Hərbi İnstitunda taqım komandiri və müəllim vəzifələrində  Vətənə və xalqa sədaqətlə xidmət edib.

F.Əliyev  qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş gizirdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

O, Daxili işlər orqanlarında və Daxili  Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi  Andın, hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları  fədakar xidmətə ruhlandırmışdır.

Qanunvericilikilə müəyyən  olunmuş qaydada  Daxili  Qoşunlara  həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış   məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib.

Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanşdığına görə Daxili İşlər Nazirinin,  Daxili  Qoşunlar Komandanın,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir  sıra medallar ilə, əla xidmətlərə görə əlaçı döş və yubiley nişanları ilə,  fərmanlarla, diplomlarla , qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Famil Doğum günün mübarək olsun, !

Allah hər zaman qəlbini sıxıntıdan, bədbinlikdən qorusun!

Bütün arzularin çin olsun!

Həmişə üzün gülsün, ürəyin sevinsin!

Hörmət və ehtiramla: Polkovnik Salman Musayev