Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyi daxili qoşunlarında hərbi xidmətə həsr etmiş, Azərbaycan Respublikasının müharibə veteranı ehtiyatda olan baş gizir Akif Məhərrəmovun noyabr ayının 1-də anadan olmasının 51 yaşı tamam olur.

Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan baş gizir Akif Məhərrəmovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri onun doğmaları, yaxınları iş və döyüşcü yoldaşıları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edrlər. Akif yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

  Xatırladaq ki, Baş gizif Akif Məhərrəmov- 1974-cü ilin noyabr ayının 1-də anadan olub 

Məhərrəmov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların müvafiq strukturlarında keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

 Baş gizir Akif Məhərrəmov 1992-1994- cü illərdə Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.

A. Məhərrəmov qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş gizirdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

O, Daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları və daxili işlər orqanların əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.

O, ulu öndərin idealarına, dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş insan kimi tanınır.

Qanunvericilikilə müəyyən olunmuş qaydada DİN-in müvafiq sturukturlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib.

Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, hərbi hissə komandirinin müvafiq əmrləri ilə medallar ilə, əla xidmətlərə görə əlaçı döş və yubiley nişanları ilə, fərmanlarla, diplomlarla , qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Akif Doğum günün mübarək olsun, !

Allah hər zaman qəlbini sıxıntıdan, bədbinlikdən qorusun!

Bütün arzularin çin olsun!

Həmişə üzün gülsün, ürəyin sevinsin!

Polkovnik Salman Musayev

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas