Təqvimdə hər bir insanın özəl,ona aid bir günü olur.İnsan özünü bu günün qəhramanı hiss edir.Bir növ hər keçən il insan məsuliyyətini artırır.Belə insanlardan biridə, peşəkarlığı,humanistyliyi və sadəliyi ilə seçilən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, ehtiyatda olan kapitan Rizvan Suleymanovdur.Noyabr ayının 10-da onun dünyaya göz acdığı xoş bir gündür.

Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan,müharibə veteranı- ehtiyatda olan kapitan Süleymanov Rizvan Əli oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rizvan qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan kapitan Süleymanov Rizvan Əli oğlu 10 noyabr 1971-ci ildə Gədəbəy rayonunun İvanovka kəndində zəhmətkeş bir ailədə anadan olub.

1988-ci ildə Gədəbəy rayonunun İvanovka kənd orta məktəbini,1998-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzini, 2000 -ci ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən təlim -tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib.

   Kapitan Rizvan Əli oğlu Süleymanov 1989-cü ildə Gəncə şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.O,1989-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Talin şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

 Rizvan Əli oğlu Süleymanov 1991- ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır.1991- 1998-ci ilin iyun ayına kimi Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən hərbi hissələrin artileriya və xüsusi təyinatlı bölmələrində taqım və böluk komandiri vəzifələrində xidmət edərərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqların 

öhdəsindən layiqincə gəlmişdir.  

Rizvan Suleymanov 1998-ci ilin iyun ayından 2004-cü ilin son ayına kimi,Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində və Zaqatala rayonlarında yerləşən hərbi hissələrin xüsusi təyinatlı dəstələrində qrup və dəstə komandiri vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.  

 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara nümünə olmuşdur.

Rizvan Suleymanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

   Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi işində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar və təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir. 

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan kapitan Süleymanov Rizvan Əli oğlu öz xidməti vəzifə borclarının və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub:

1.“Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medallar ilə;

2.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin” isə 10-illiyi (1991-2001)” yubiley medalı ilə .

 Rizvan Əli oğlu Süleymanov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvüdür. 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

RİZVAN! ÖMRÜN UZUN OLSUN 100 YAŞA!.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

DAİMA XOŞBƏXT VƏ FİRƏVAN YAŞA.

 Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev