Övladların ən xeyirlisi təmsil etdiyi nəslin, elinin-obasının ad-sanına öz halal zəhməti, əzmkarlığı ilə başucalığı gətirəni, Vətəninin şərəfini, namusunu qoruyanıdır. Belə övlad hamıya nümunə göstərilir, ailəsinin fəxrinə, vüqarına çevrilir. Yeniyetmə cüdoçu, Salman Musayev də idmanda qazandığı nailiyyətlər, əldə etdiyi qələbələrlə tək ailəsinə, doğmalarına deyil, tanıyıb-bilənlərin hamısına sevinc bəxş edir. Onun babası - polkovnik Salman Calal oğlu Musayevi erkən xidmət illərimdən bəri uzun illərdir ki tanıyıram. Daxili Qoşunların Baş İdarəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb, namuslu xidməti ilə sevilib. Övıadlarını da vətənpərvər ruhda yetişdirib. Çalışqan, zəhmətkeş... Adını verdiyi nəvəsi də babasına oxşayıb. Xətai rayonundakı 260 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Salman Yaşar oğlu Musayev Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Tərlan Həsənovun rəhbərlik etdiyi Kanokan tt peşəkar Cüdo İdman klubunda məşğul olur. Yeri gəlmişkən, bu klubun devizi çox uğurludur: "Əzmin sonu zəfərdir". Yeniyetmə cüdoçu Salman idmana başlamasından ötən müddətdə dəfələrlə respublika və beynəlxalq birinciliklərin, müxtəlif turnirlərin mükafatlarını qazanıb. Bu günlərdə isə Bosniyada 14 yaşlı idmançılar arasında keçirilən BORSA OPEN 2026 yarışında iştirak edib. 27 ölkədən 1130 yeniyetmə idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda komandamız yüksək nailiyyət əldə edib. Salman Musayev isə öz çəki dərəcəsində bürünc medal qazanıb. İdmançımızı bu yarışa məşqçiləri Emil Kərimov, Mehti Canaliyev (əməkdar məşqçi ) hazırlayıb. Yüksək nailiyyət münasibəti ilə baba Salman Musayevə gözaydınlığı verirəm, doğmalarını, əzizlərini, əməyi keçən hər kəsi təbrik edirəm. Uğurların davamlı olsun Salman!


