Daş yumşalmaz parçalanar,
Əridikcə qar alçalar,
Ruhumuz göyə uçalar,
Sınax meydanıdı Dünya.
Günah deyən dilə yazıq,
Düşmən gəzən elə yazıq,
Yersiz gələn selə yazıq,
Sınax meydanıdl Dünya.
Başımın tacıan deyənim,
Yaman “acısan “deyənim,
Yersiz xətrmə dəyənim,
Sınax meydanıdı dünya.
Verən ALLAH alan ALLAH
Bərkə boşa salan ALLAH
Köməymizə yetən ALLAH
Sınax meydanıdı DÜNYA.
Dosta xain dostu gördüm,
Kələfin ucunu çözdüm,
Haqq ədalət izi gəzdim,
Sınax meydanıdı dünya.
Hesaba çəkən paramı,
Qoparan köhnə yaramı,
Darama bircə balamı,
Sınax meydanıdı dünya.
Dərələrə dedim dərdim ,
Gül yerinə tikan dərdim,
Quyu qazan dərin- dərin,
Sınax meydanıdı Dünya.
Əsiriyəm haqq deyənin,
Halal çörəyin yeyənin,
Demirəm məni bəyənin,
Sınax meydanıdı Dünya.
Sara Göyçəli
05.11 . 2026
