Neçə ailənin tək oğulları ,
Vətənin yolunda şəhid oldular.
Para- para oldu ana ürəyi ,
Qazilər yarımcan, şahid oldular.
Hamı hörmət edir şəhid adına ,
Xiyaban salındı hər uca yerdə .
Romanlar yazılır, şeir oxunur,
Mahnılar səslənir hər gün, hər dildə.
Vətənin ən ağır , çətin günündə,
Qəhrəman oğullar öz sözün deyir.
Vətənə layiqli övlad böyüdən,
Şəhid anasına hamı baş əyir ,
Şəhid anasına hamı baş əyir .
Rauf İlyasoğlu,
02.03.2026.
