*TƏBRİK: Əziz Azərbaycan xalqı, dəyərli *Bakı MüstəqilTV.info* oxucuları!
Sizi 12 Noyabr — *Azərbaycan Respublikasının Konstitusiya Günü* münasibətilə ürəkdən təbrik edirəm!
1995-ci ilin 12 noyabrında qəbul edilən Konstitusiyamız Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və demokratik inkişafının əsas təməl daşıdır. Bu sənəd xalqımızın iradəsini, milli dəyərlərimizi və gələcəyə olan inamımızı özündə birləşdirir.
Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının qarantıdır. O, bizə deyir ki, Azərbaycan vətəndaşı azaddır, bərabərdir, hüquqları qorunur.
Bu gün biz qalib xalqıq. Ərazi bütövlüyümüz tam bərpa olunub, bayrağımız bütün torpaqlarımızda dalğalanır. Və bu Qələbənin hüquqi əsasında da məhz bizim Konstitusiyamız dayanır — Çünki Konstitusiyamızda yazılır: Azərbaycan vahiddir, bölünməzdir!
Biz jurnalistlər olaraq hər zaman Konstitusiyamıza, dövlətimizə, millətimizə sadiq qalacağıq. Həqiqəti yazmaq, xalqın səsini ucatmaq bizim konstitusion borcumuzdur.
Əziz xalqım, Konstitusiya Gününüz mübarək olsun!
Qoy Konstitusiyamız əbədi yaşasın! Qoy Azərbaycan dövləti əbədi güclü olsun!
*Hörmətlə,BakıMüstəqilTV.info saytının rəhbəri İlham Rəsulzadə*
