Əziz Azərbaycan xalqı, dəyərli *Bakımüstəqiltv.info* oxucuları!
Sizi 9 Noyabr — *Dövlət Bayrağı Günü* münasibətilə ürəkdən təbrik edirəm!
Bayraq təkcə parça deyil. Bayraq — millətin namusudur, dövlətin qürurudur, şəhidin qanıdır.
Bizim üçrəngli bayrağımız bu gün Şuşada, Xankəndidə, Laçında, Ağdamda, Füzulidə dalğalanır. Bu bayraq 44 günlük Vətən Müharibəsində şəhidlərimizin qanı ilə ucaldıldı. Bu bayraq 8 Noyabr Zəfərindən sonra daha da ucaldı.
Mən fəxr edirəm ki, bu gün Azərbaycan bayrağı dünyanın ən uca zirvələrində dalğalanır. Mən fəxr edirəm ki, bizim bayrağımız qalib bayraqdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bu bayraq üçün can verdilər. Biz də bu bayrağı göz bəbəyimiz kimi qorumalıyıq.
Əziz xalqım, Bayraq Gününüz mübarək olsun!
Qoy bayrağımız həmişə yüksəklərdə dalğalansın! Qoy Azərbaycan həmişə qalib olsun!
Hörmətlə,Bakımüstəqiltv.info saytının rəhbəri İlham Rəsulzadə
--
