Yol kənarında xeyli su yığılıb səkinin səthinə çatmışdı. Tutulmuş su xətlərini təmizləyənlər ordan bəlkə bir tona yaxın plastik, dəmir su qabları, sınıq butulkalar, siqaret qutuları, plastik yemək qabları çıxarıb, çarəsiz halda onları tullamaq üçün yer axtarırdılar. Elə bu həngamədə təkərlərinin altından suyun fəvvarə kimi qalxdığı yol keçən maşınların birindən sərnişin əlində əzdiyi boş siqaret qutusunu yola tullayıb, şüşəni bağladı.
Bayaqdan sosial medianı izləyirəm, şəhər təsərrüfatının pis işləməsi, yolların bərbad olması, nə bilim yağışın normadan artıq olması kimi müxtəlif fikirlər yazılır. Heç kim yazmır ki bizdə kütləvi yol mədəniyyəti yoxdur, şəhərimizi təmiz saxlamırıq. Yoldan ötənlər əlinə keçən tullantıları küçəyə atmasalar, nə gölməçə yaranar, nə də nohur.
Hörmət və ehtiramla, peşəkar və jurnalist polkovnik İlham Babayev
