TƏBRİK EDİRİK!..
Bu gün - noyabr ayının 7-si yurdsevərliyi, zəhmətkeşliyi, insanlara qarşı xeyirxağlığı və mehribanlığı ilə seçilən ehtiyatda olan gizir İsmayılov Ramin Nəsrəddin oğlunun doğum, qızı Nərminənin isə Göygöl şəhərinin Münasib şadlıq sarayında toy günüdür.
Xatırladaq ki, gizir İsmayılov Ramin Nəsrəddin oğlu ( abad Gülşən) oğlu 1979-cu ilin noyabr ayının 7- də Qədim Borçalı mahalının, indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun Senebi kəndində dünyaya göz açıb.
Göygöl rayonunun Şəhriyar kənd orta məktəbi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının kicik komandirlər və gizirlər məktəblərini bitirib.
1998-2005-ci illərdə Daxili Qoşunlarıda müxtəlif vəzifələrdə xidmət edib.
Ramini doğum, qızı Nərminəni isə toy günü münasibətilə doğmaları, həyat yoldaşı, övladları və yaxın qohumları təbrik edir və xoş arzularını bildirir.
Biz də Bolnis rayonunun Senebi kəndi camaatı, eləcə də əslən Senebi kəndindən olan şəxslər adından İsmayılov Ramin Nəsrəddin oğlunu anadan olması, qızı Nərminəni isə toy günü münasibətilə, ürəkdən təbrik edirik , ona uzun ömür, möhkəm cansağlığı, gözəl ailə sədəti, xoşbəxtlik və firavan həyat arzulayırıq.
Doğum və övladının toy günü mübarək olsun Ramin!
Dərin hörmətlə və ehtiramla: Unudulmaz və xatirələrdə yaşayan Calalın (Tellinin) oğlu Salman Musayev









