Təbrik edirik! ...

1995-2015-ci illərdə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət etmiş,  işgüzarlığı, yüksək intellektual səviyyəsi, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti, sadəliyi, dəqiqliyi,təmkinliyi, səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, istefada olan Mayor Səlimova Rəsmiyyə Dadaş qızının  noyabr ayının 13 - də dünyaya göz açdığı xoş bir gündür.  Daha doğrusu yubiley günüdür 

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan mayor Səlimova Rəsmiyyə Dadaş qızını, belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, Rəsmiyyə xanımın doğmaları, əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və  həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəsmiyyə xanım yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Qeyd edək ki, istefada olan mayor Səlimova Rəsmiyyə Dadaş qızı 1966-cı ilin noyabr ayının 13- də Azərbaycan Respublikasının Ağdam rayonun Güllücə kəndində zəhmətkeş bir ailədə anadan olub.

1983-cü ildə Ağdam rayonun Güllücə kənd orta məktəbini, 1995-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika- riyaziyyat fakültəsini bitirib.

1995-2015-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin əməliyyat axtarış bölməsində əməliyyat müvəkkili, mətbuat xidmətində müxbir, arxiv bölməsində isə zabit və bölmə rəisinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.

2015-2017-ci illərdə Müəllimlər Universitetində Innovrvasiya araşdırmalar mərkəzində “ metodist” işləmişdir.

2017-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində saat hesabı müəllimi vəzifəsində çalışmışdır. .

2018-2025-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxivində “arxivci”və “mütəxəssis” vəzifələrində işləyib.

Hal -hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində mülki müdafiə və tibb bilikləri kafedrasında müəllim vəzifəsində çalışır. 2 elimi əsərin müəllifidir.

 Mayor Rəsmiyyə Səlimova Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Rəsmiyyə xanım bir çox hərbi qulluqculara, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərançamlatın dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.

 Öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə  əlacı və yubiley döş nişanları ilə, dəfələrlə fəxr fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və  aşağıdakı medallarla təltif edilib:

1.“Azərbaycan Rspubilkası Silahlı Qüvvələrinin 10 illiyi  (1918- 2008)”   yubiley medalı ilə;

2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi  ( 1918- 2013)”  yubiley   medalı ilə;

3.“Qüsursuz  xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

4. “Qüsursuz xidmətə görə 3-cü  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏSMİYYƏ XANIM!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev