Azərbaycan Respublikasının Silahlı qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayevin təşəbbüsü bayram tədbiri keçirildi
Tədbirdə Azərbaycan Respublikasının Silahlı qüvvələri və müharibə veteranı, peşəkar , təcrübəli hərbçi və hüquqşünas polkovnik Salman Musayev, Azərbaycan Respublikasının müharibə veteranı peşəkar hərbçi və hüquqşünas polkovnk Sabir Şabanov, şəhid ailələri və müharibə veteranları iştirak edirdi.
Tədbiri acıq elan edən polkovnik Salman Musayev dövlət müstəqilliyimizin banisi Ulu öndər Heydər Əliyevin və qərmam Şəhidlərimizin əziz ruhlarını ehtiramla yad edilməsini tədbir iştirakçılarından rica etdi. Azərbaycan Dövlət Himni səsləndirildi
Tədbirdə Azərbaycanın tarixi Zəfərinin əhəmiyyəti, dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və Zəfər irsinin gələcək nəsillərə çatdırılması məsələləri diqqət mərkəzində olub.
8 Noyabr Azərbaycan xalqının birliyinin, milli iradəsinin və dövlətimizin gücünün təcəssümüdür. Bu tarixi Qələbə xalqımızın yaddaşında daim qürur və fəxarət mənbəyi olaraq yaşayacaq. Dövlət Bayrağımız daimi başımızın üstündə dalğalanacaq, qəlbimizlə döyünərək uca olacaqdı
Tədbirin sonunda Bakımüstəqiltv info saytınınn yaradıcı heyətinə jurnalist vəsiqəsi təqdim olundu, Bakımüstəqiltv info saytının əməkdaşlarına müstəqil, azad suveren Azərbaycanmızın tərəqqisi naminə fəaliyyətlərində Uğurlu Yol arzu olundu. Tədbir xatirə şəkillərinin çəkilməsi və cay süfrəsi ilə baş catdı
Bakımüstəqiltv info saytınınn baş redaktoru peşəkar jurnalist mayor Mərdan Hüseyinov
