Xatırladaq ki, Azərbaycan Respublikasının müharibə veteranı olmuş , baş gizir Məmmədov Məhəbbət Əliağa oğlu 1958-ci ilin noyabr ayının 5 -də Lənkəran rayonunun Port -İlic (inki Liman) şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur.
1992- 2010-cu illərdə Daxili Qoşunların Lənkəran şəhərinin ərazisində yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə Vətənə və xalqa xidmət etmişdir.
Azərbaycan Respublikasının müharibə veteranı olmuş,baş gizir Məmmədov Məhəbbət (Zakir) Əlağa oğlu fevral ayının 28-də 67 yaşında Lənkəran rayonunun Liman şəhərində vəfat etmişdir.
Bir daha biz Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri, Daxili Qoşunların Lənkəran şəhərində yerləşən hərbi hissənin şəxsi heyəti, baş gizir Məhəbbət Məmmədovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Dərin hörmətlə və səmimiyyətlə polkovnik Salman Musayev



