Bakı Müstəqil TV adından BAŞLIQ:
*Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat etdi
*NEKROLOQ:*
Azərbaycan veteranlar hərəkatına ağır itki üz verib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı *Füzuli Ədəb oğlu Rzaquliyev* bu gün — 9 noyabr 2026-cı il tarixində səhər saatlarında vəfat edib.
Füzuli Rzaquliyev 1994-cü ildən etibarən Birliyə rəhbərlik edirdi. O, ömrünün 30 ildən artıq hissəsini veteranların hüquqlarının qorunmasına, şəhid ailələrinə və qazilərə dəstəyə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr etmişdi.
O, hər zaman veteranların yanında olan, onların səsini ucaldan, Vətənə sədaqəti ilə tanınan bir insan idi.
*Bakı Müstəqil TV.info* kollektivi adından mərhumun ailəsinə, yaxınlarına, bütün veteranlar ailəsinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Hörmətlə,BakıMüstəqilTV.info saytının rəhbəri İlham Rəsulzadə
