Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların həyatında özünəməxsus öz-dəst xətti və xüsusi xidmətləri olmuş, yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi təmkinliyi, sadəliyi,təşkilatclığ bacarğı, xeyirxahlıq, alicənablıq, insanpərvərlik səmimiyyəti kimi, ali insan keyfiyyətlərə malik olan, Azərbaycan Respublikasının Silahlı qüvvələri vetranı və müharibə veteranı olmuş polkovnik -leytenant Heydərov Məmmədsəfa Murad oğlunun 3, anasının isə 40 mərasimi noyabr ayının 5-də Siyəzən şəhərində keçirilmişdir.

Məmmədsəfa Heydərovun bir vaxla böyüyüb boya -başa çatdığı evdə əziz anası və özü haqqında təşkil olunan yas mərasimində Siyəzən rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanlarının nümayəndələri, mərhumun iş yoldaşları , ictimaiyyət nümayəndələri, müharibə veteranları və yaxınları iştirak etmişdir.

 Qeyd edək ki, Unudulmaz və xatirələrdə yaşayacaq Məmmədsəfa Murad oğlu Heydərov noyabr ayının 2-si Bakı şəhərində dünyasını dəyişib, saat 14. 00 radələrində Siyəzən şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Bir daha biz Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Heydərov Məmmədsəfa Murad oğlunun və onun əziz anasının vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüzünlə başsağlığı veririk.

Qeyd edək ki, həyatın mütləq həqiqətlərini dərk edən,yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaran, zəngin mənəviyyata malik olan polkovnik Heydərov Məmmədsəfa Murad oğlu 15 oktyabr 1961 -ci ildə Siyəzən rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur 

O,1980-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə çalışmışdır.

1992-2003-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində, Nizami, Ağdam və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində hərbi hissə komandirinin maddi- texniki təminat xidmət üzrə müavini vəzifələrində Vətənə ,dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Polkovnik- leytenant Məmmədsəfa Heydərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daimi qələbə qazanmışdır.Bu insan üçünn ən meyar başlıca qürurunu saxlamaqdan ibarət olmuşdur O, harada və hansı vəzifələrdə xidmət etməsinə baxmayaraq öz xidməti vəzifələrinin layıqıncə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsiində həmişə pirinspial mövqe tutmuşdur.

Heydərov Məmmədsəfa Murad oğlu Daxili Qoçunlarda xidmət etdiyi illər ərzində öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə müvafiq medallarla, döş nişanları, fəxri fərmanlarla və qiymətli hədiyyələr ilə mükafatlandırılıb və ona təşəkkür elan edilmişdir.

Allah rəhmət eləsin!

M.HEYDƏROVUN ailəsinin əlaqə nömrəsi (Oğlu Aqil) 050-597-91-10,070-762-63-00, 055-483-67-52

Hörmət və ehtiramla Polkovnik Salman Musayev