Xalqımız əsrdən artıq işğalda qalan torpaqlarına qayıtmağımızın sevincini yaşayarkən, xarici telekanallarda politoloqlar, ekspertlər bu əməliyyatın təfərrüatları - baş verməsi, yüksək planlaması və icrası haqqında danışır, müzakirələr aparırdı. Hələ sülhməramlılar bölgədə ikən belə bir tədbirin keçirilməsi şok effekti yaratmışdı.
2024-cü ilin yanvarı idi. İstanbulda idim. Azərbaycandan olduğumuzu bilənlərin hamısı şanlı Ordumuzun keçirdiyi həmin əməliyyatla maraqlanırdı. Hər dəfə bu şəhərə gedəndə əsasən camiləri, memarlıq abidələrini, muzeyləri ziyarət edirəm. Günlərin birində Yavuz Sultan Səlim xanın xatirəsinə tikilmiş Səlimiyyə camisini ziyarət edib otelə qayıdırdım. Axşamüstü hava daha da soyuduğundan metroya qədər yolu taksi ilə gedəsi oldum. Maşına oturan kimi sürücü danışığımdan yerimi-yurdumu bilib, həmin əməliyyatı soruşmağa başladı. Amma sualların qoyuluşundan hiss etdim ki bu heç də qələbəmizə sevinənlərdən deyil, çünki təəccübünün arxasında qəzəb açıq görünürdü. Qaranlıqda çönüb üzünə baxdım. Yaşlı, kök, dazbaş bir adam idi. İri burnundan erməni olduğunu bildim. "Axı bu necə oldu, orda yaşayan ermənilərdə silah yox idi ki?!" - deyə soruşanda ciyərini közləməkçün Qarabağda yaşayan hər erməninin evinin silah anbarını xatırlatdığını, tankları, topları, hər cür ən ağır silahları olduğunu, sadəcə bunları işlətməyə hünərləri çatmadığını, hələ torpaqlarımızı işğal edəndə də xaricdən gətirdikləri muzdlulara, rusların 366-cı alayına arxayın olduqlarını dedim. Ordumuzun isə bir həmlə ilə onların hamısını darmadağın etdiyini deyincə, baxdım ki təpəsindən tüstü çıxır, metroya qədər danışdıqlarıma dözə bilmədi, gah şüşəni qaldırır, soyuq vuran kimi endirir, hirsindən, hikkəsindən qızarıb tər tökürdü.
Son vaxtlar Türkiyə mediasında ölkəmiz, dövlətimiz əleyhinə yazılan iftira, böhtanları görəndə həmin o erməni sürücünü xatırlayıram. Elə bil hamısı onun ağzı ilə danışır. Türkiyədə erməni yazarın qətlindən sonra ayrımçılığı önləmək üçün minlərlə insan tərəfindən söylənən "Hepimiz Hrant'ız, hepimiz Ermeniyiz" sloqanını xatırladım. Necə özlərinə təlqin ediblərsə düşüncələrini də o istiqamətə dəyişiblər. Nə yaxşı ki bəzi nüfuzlu ziyalılar bu qaragüruh hücumları içində qısa da olsa aydın mövqe sərgiləyə bildilər.
Polis polkovniki İlham Babayev
