Bu gün Azərbaycan Respublikasının hüquqi sisteminin əsasını, dövlətçiliyimizin və müstəqilliyimizin ən mühüm təminatçısı olan Əsas Qanunun – Konstitusiyanın qəbul edilməsindən 31 il ötür.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməlini qoymuşdur. Bu tarixi sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarını ali dəyər kimi təsbit edərək, cəmiyyətimizin sabitlik və inkişaf rəmzinə çevrilmişdir.
Bu gün Azərbaycanın əsas qanununun hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanın hər bir guşəsində, işğaldan azad edilmiş doğma Qarabağımızda və Şərqi Zəngəzurumuzda ucalmaqdadır. Zəfərimizlə taclanan müasir tariximizdə Konstitusiyamız dövlətimizin qüdrətini və xalqımızın birliyini daha da möhkəmləndirir.
Xalqımızı 12 Noyabr – Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər bir həmvətənimizə cansağlığı, xoşbəxtlik, müstəqil Azərbaycanımızın tərəqqisi və güclənməsi yolunda yeni-yeni uğurlar arzulayırıq!
Eldəniz ABBASLI,
Bakı Müstəqil TV-nin redaktoru.
