Xatırlatmaq istəyirəm ki, yanlış diaqnoz, yanlış müalicə və yanlış dərman preparatlarının istifadəsi deməkdir. Xəstənin özündə olan həqiqi xəstəliyin əlamətlərinə düzgün qiymət verilməməsi qoyulmayan və ya qaçırılmış diaqnoz kimi də nəzərə alınır.
Son günlər bəzi həkimlərin tibbi səhvlərə yol verdikləri barədə kifayət qədər məlumatlara rast gəlinir. Xüsusilə xəstələrə yalnış diaqnozların qoyulması ilə bağlı olaylar ölkə gündəmini zəbt etməyə başlayıb. Bu, bütün dünyada analoji hal hesab olunsa da, tibb işçilərinin səriştəsizliyi və ya ehtiyatsızlığı xəstələrin şikəst, yaxud ölümü ilə nəticələnə bilir.
Maraqlıdır, xəstəyə yalnış diaqnoz qoyan həkim hüquqi məsuliyyətə cəlb oluna bilərmi? Aldadılmış pasiyentlər bu halda hüquqlarını necə müdafiə etsinlər?
Qeyd etmək istəyirəm ki, əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 57-ci maddəsində vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi ilə bağlı norma müəyyən edilib. Bu normaya əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar:
Yanlış diaqnoza görə həkim hansı məsuliyyət daşıyır?
"Mülki Məcəllənin 1112-ci maddəsi tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsini tənzimləyir. Belə ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Ancaq zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Pasientin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Ancaq vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Məsələn, hüquq mühafizə orqanlarının araşdırması nəticəsində həkimin əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hüquqazidd əməl - qanunsuz süni mayalanma , İnsan orqanlarının qanunsuz transplantasiyası, qanunsuz abort etmə, Xəstəyə kömək göstərməmə, səhlənkarlıq və s. əməllər müəyyən edilərsə, bu halda müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilərək, həmin əmələ görə müəyyən edilmiş sanksiya həddində cəzalandrıla bilərlər".
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas
polkovnik Salman Musayev
