Son dövrlərdə dövlətimizin gizlin və aşkar düşmənləri müzəffər Ali Baş Komandanımız- türkiyəli qardaşlarımızın dili ilə desək "Qarabağın fatehi" cənab İlham Əliyev haqqında murdar iftiralar yağdırırlar.Düşmən təbliğatının cavabı daha sıx, daha da möhkəm birliyimiz olmalıdır!
Odur qarı düşmənin,
Yağıların çəpəri,
Ordumun Komandanı,
Dövlətimin rəhbəri.
Onun dərdi-səridi
Vətənin hər dərd-səri,
Önündə tək dayanır
Ədalətsiz dünyanın,
Ətrafında birləşin,
Ali Baş Komandanın!
Ağır ,çətin zamanda,
Ey qəhrəman millətim,
Keşiyində dayanın,
Vətən adlı cənnətin!
Dəmir yumruğa dönsün
Ordum,xalqım,dövlətim!!!
Bu yumruğa güc qatmaq
Borcudur hər insanın,
Ətrafında birləşin,
Ali Baş komandanın!!!
Yolumuz birlik yolu-
Yol bu yoldu,yol bu yol!
Qurana əl basıb da
Bu birliyə çəkin qol!
Xain tuzaqlar çoxdu,
Xalqım, ehtiyatlı ol!
Bədəli ağır olar
Hər bir səhvin,nöqsanın!
Ətrafında birləşin,
Ali Baş Komandanın!!!
Sal qayaya çevrilsə
Dövlət,vətən,ordu,xalq!
Daim bizimlə olar
Uca Allah,cənab Haqq!
Şəhid qanları ilə
Suvarılan bu torpaq
Bir olmaq üçün bizi
Haraylayır,inanın!
Ətrafında birləşin ,
Ali Baş Komandanın!!!
Sizlərə üz tuturam,
Sayğıdəyər soydaşım.
Ölkəmizdə yaşayan
Hörmətli vətəndaşım.
Ey on milyondan artıq
Əziz bacım,qardaşım,
Doğma övladlarıyıq
Canım Azərbaycanın!
Ətrafında birləşək
Ali Baş Komandanın!!!
