Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fərqlənən cəfakeş həkimlərmizdən biri olan Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş- ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı İbrahimov Vüqar Hacıbəy oğlunun oktyabrın 27-də dünyaya göz acdığı xoş bir gündür. 

Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- 

 iistefada olan tibb xidməti polkovnik-leytenantı İbrahimov Vüqar Hacıbəy oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), onun doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona, həyatda insan üçün ən şirin nemmət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edirlər. Vüqar həkim yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Tıbb xidməti polkovnik-leytenantı İbrahimov Vüqar Hacıbəy 

oğlu 1972 -cu ilin oktyabr ayının 27-də Quba rayonunun İkinci Nüvədi kəndində zəhmətkeş bir ailədə anadan olub  

Vüqar həkim 1989-cu ildə Quba rayonunun İkinci Nüvədi kənd orta məktəbi,1996-cı ildə isə Azərbaycan Dövlət Tibb Unversitetini bitirib.   

Tıbb xidməti polkovnik- leytenantı İbrahimov Vüqar Hacıbəy oğlu 1996-2026-cu illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Sabunçu, Zakatala, Quba, Hacqabil, Xəzər, Nərimanov rayonlarının və Gəncə şəhərinin ərazisində yerləşən hərbi hissələrdə tibb məntəqəsində terapevt, tibb məntəqə rəisi, tibb xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin Sanitar-epidemioloji dəstəsinin rəisi vəzifələrində xidmət edib.

O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına,hərbi andın, hərbi nizamələrin, tələblərinə və vəzifə borcuna əməl etməkdə öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara (həkim lərə) şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.Hippokrat andı içən Vüqar həkim o,anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

 Peşakar və ali dərəcəli həkim, ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı İbrahimov Vüqar Hacıbəy oğlu Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində hərbi hissələrdə,əlahiddə bölmələrdə və böluklərdə keçirlən təftiş,ümümi, yekun yoxlama komissiyanın, məqsədli və kompleks yoxlama qrupların üzvü olduğü müddətdə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

 Vüqar həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasinda həmişə müsbət mənada seçilərək, başqaları üçün nümnə olmuşdur.

Vüqar İbrahimov qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində

ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirləri həyata keçirilməsidə,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər və başqa fövqəladə hallar, fövqəladə vəziyyət və komendant saatı zamanı rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.      

Tibb xidməti polkovnik-leytenatı Vüqar Hacıbəy oğlu İbrahimov peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünun 28 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə həkim kimi keçirib.

 Vüqar Hacıbəy oğlu İbrahimov Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində səmərəli fəaliyyəti həmişə Daxili Qoşunların rəhbərliyi tərəfindən yüksək qiymətləndirlib, Natiq həkim xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi -döyuş və ictimai sıyası hazırlığında, hərbı intizamın    

möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə Daxili İşlər Nazirinin , Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə 

komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Vüqar Hacıbəy oğlu İbrahimov öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə görə, Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:

1. “ Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;

2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2. “Azərbaycan Respublikasının

 Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley medalı ilə;

3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

4.“Qüsursuz xidmətə görə 2-ci dərəçəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.“Qüsursuz xidmətə görə” 3-cü dərəçəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xudmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VÜQAR HƏKİM!

HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

100 YAŞA, ALLAH SƏNİ QORUSUN ! AMİN !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşakar hərbçi və hüquqşünas polkovnik Salman Musayev