Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus öz dəsti-xətti və xüsusi xidmətləri olmuş,yüksək hərbi peşəkarlığı, humanistliyi, dərin zəkası, daxili qoşunlarda səmərəli fəaliyyəti,gözəl nitq qabiliyyəti, yurdsevərliyi , vətənpərvərliyi, təşkilatclıq bacarığı, eləcə də insanlara qarşı diqqətciliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş, hörmətli veteranmız- istefafda olan polkovnk İsmayılov Natiq İsmayıl oğlunun oktyabr ayının 4-də -dünyaya göz acdığı xos bir gündür.
Belə bir əlamətdar gün münasbətilə daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan - Azərbaycan Respublikasının Silahlı qüvvələri vetranı və müharibə veteranı polkovnik İsmayılov Natiq İsmayıl oğlunu Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, dostları,onun iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edirlər. Natiq hər yeni yaşınız sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik İsmayılov Natiq İsmayıl oğlu 1964- ci ilin oktyabr ayının 4-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1981-ci ildə Bakı şəhərində orta məktəbi, 1985 -ci ildə SSRİ Daxili işlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının LKGİ -nin 60 illiyi adına Sankt-peterburq (Leninqrad ) Ali Hərbi Siyasi məktəbi bitirib. O, DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim -metodiki toplanışlarında, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
N.İsmayılov SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının LKGİ -nin 60 illiyi adına Sankt-peterburq (Leninqrad) ali hərbi siyasi məktəbi bitirdikdən sonra 1993-ilin yanvar ayına kimi SSRİ Daxil İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb, 1993 -2008-ci illərdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi rayonu ərazisində yerləşən hərbi hissədə hərbı hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyət ilə iş üzrə (indiki ideoloji və mənəvi psixoloji hazırlıq üzrə təminat) şöbəsində isə baş zabiti və həmin şöbənin rəisi vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib. Natiq İsmayılov öz arzusu ilə Daxili Qoşunların Baş İdarəsindən təqaüdə çıxdıqdan sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında çalışır.
Polkovnik İsmayılov Natiq İsmayıl oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara və İstanbul, İzmir (Foce) şəhərində yerləşən hərbi institutunda və hərbı hissələrində işgüzar səfərdə olub.
Polkovnik Natiq İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerinə yetirib. Azərbaycan Respublikasının müharibə veteranıdır.
N . İsmayılov DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
O, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyət ilə iş şöbəsinin rəisi olduğu illərdə şəxsi heyət ilə iş şöbəsinin müasir tələblərə uyğun əsasnaməsinin, şöbəyə aid hüquqi – normativ sənədlərin (təlimatların, direktivlərin, əmrlərin, dərs və metodiki -vəsaitlərin eləcə də ictimai -siyasi hazırlıq üzrə tədris proqramlarının) hazırlanmasında böyük rolu olmuş və xidmətləri əvəzsizdir.
N. İsmayılov Daxili Qoşunların Baş İdarəsində şöbə rəisi vəzifəsində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin mandat və attestasiya komissiyalarının, hüquq- normativ sənədlərin (əmirlərin, əsasnamələrin, təlimatların, direktivlərin , vəsaitlərin, göstərişlərin) hazırlanması üzrə işçi qrupunun eləcə də metodiki şüranın üzvü olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin,islah -əmək müəssisələrinin, xüsusi yüklərin, hərbi təchizat anbarların,hərbi şəhərciklərin
mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRI və Azərbaycan Respublikası Daxili İşlər Nazırlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, Ali Hərbi Məktəb rəisinin, Fövqəladə Hallar Nazirliyinin Akademiya rəisinin , Daxili Qoşunların diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, diplomlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları Natiq İsmayılovu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq, zəhmətkeş, ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. Bəxtiyar təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə "3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə ğörə"1 -ci (Ali) dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Polkovnik İsmayılov Natiq İsmayıl oğlu Doğum Günün Mübarək Olsun Natiq.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA, SAĞLAM YAŞA
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev










