Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissədə xidmət etmiş-ehtiyatda olan leytenat Hüseynov Rüstəm Əli oğlunun oktyabr ayının 14 -da dünya göz açdığı gündür
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- Hüseynov Rüstəm Əli oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, tələbə yoldaşları, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edirlər. Rüstəm yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Hüseynov Rüstəm Əli oğlu 1979 - cü ilin oktyabr ayının 14- də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1996 - ci ildə Bakı şəhər 116 nömrəli orta məktəbi,2000-ci ilə Azərbaycan Pedaqoji Universitetinin hərbi və fiziki hazırlığ fakültəsini, 2001- cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən hərbi hissədə zabitlərin ixtisas artırma kursunu , 2004-cı ildə Bakı CELT ingilis dili və ofis proqramları kursunu bitrib.
Rüstəm Hüseynov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə keçirilən təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə, xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda iştirak edib
O, 2001-2002 -cı illərdə DİN-in Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissədə taqım komandiri vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Rüstəm Hüseynov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat anbarların mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa fövqaladə hallar habelə, fövqalədə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasın üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları Rüstəm Hüseynovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.
Hüseynov Rüstəm Əli oğlu istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Rüstəm Əli oğlu Hüseynov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq göstərdiyinə və digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə görə fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkür elan olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RÜSTƏM !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
