İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında özünəməxsus öz dəst-xətti olan, yüksək peşəkarlığı,  humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, vətənpəvərliyi təmkinliyi,işgüzarlığı,xeyirxahlığı,iradi və mənəvi keyfiyyəti ilə seçilən  ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsr etmiş, Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı - istefada olan kapitan Hacyev Hacıəli  Ədhəm oğludur. Oktyabr ayının 11-də onun  77 yaşı tamam olur.   

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, işlədiyi kollektivin və yaşadığı ərazidə isə qonşuların rəğbət və dərin hörmətini qazanmış istefada olan kapitan Hacyev Hacıəli Ədhəm   oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri,DİN-in Daxili Qoşunlarının və Xüsusi Dövlət Mühafizə Xidmətinin (Milli Qvardiyanın) istefada və ehtiyatda olan zabitləri, 

doğmaları, əzizləri (övladları, nəvələri),qonşuları,

iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin  nemət olan möhkəm can sağlığı və uzun ömur arzu edib deyirlər,Hacıəli müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin,hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- istefada olan kapitan Hacyev Hacıəli  Ədhəm oğlu   1949  -cu ilin oktyabr ayının 11- də Azərbaycan Respublikasının  Qusar rayonunda  zəhmətkeş bir ailədə anadan olub.

1966-cı  ildə Azərbaycan Respublikasının Qusar rayon orta məktəbini,  1970-ci  ildə Bakı Xalq Təsərrüfatı texnikomunu,  1970-ci ildə  SSRİ Sovet Ordusunun Gürcüstan Respublikasınında yerləşən hərbi hissəsində kiçik komandirlər hazırlayan cavuş məktəbini, 1977 -ci ildə  SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Tiflis şəhərində yerləşən hərbi hissələrin birində  gizirlər hazırlayan məktəbi, 1992-ci ildə isə Bakı Birləşmiş Ali Hərbi Məktəbdə Zabit heyətinin ilkin hazırlığı kursunu bitrib. O, Daxili Qoşunlarda və Milli Qvardiyada xidmət etdiyi illər ərzində bir çox təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1970- 1972-ci illərdə  Sovet ordusunda müddətli həqiqi hərbi xidmətədə (manqa komandiri və taqım komandirinin müavinini vəzifəsində) olub.

 1972 -1976-cı illərdə  Sovet Partiya Orqanların mühafizə idarəsində müxtəlif vəzifələrdə işləyib. 

1976- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  konvoy- mühafizə (əlahiddə taborunda)  hərbi hissəində təminat taqım komandiri,  1992 - 1998 ci İllərdə  Milli Qvardiyada və Xüsusi Dövlət Mühafizə Xidmətində  xidmət rəisi, tərbiyə şöbəsində  isə zabit vəzifələrində Vətənə və Xalqa sədaqətlə  xidmət edib.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.

Hərbi və doyüşcü yoldaşları H.Hacıyevi   vətənpərvər, qorxmaz,səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də qonşu, dost - tanış , qohum- əqraba  arasında özünə böyük hörmət qazanıb. 

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi, daxili qoşunların və milli qvardiyanın döyüş xidməti nizamnamələrinin tələblərinin,əmr və aərancamların dəqiq və sözsüz yerinə yetirilməsində öz tabeliyində olanlara və bir cox hərbi qulluqçulara daimi nümünə olmuşdur.

 Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, bədbəxt hadisələr,qəzalar,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, xüsusi dövlət əhəmiyyətli obyektlərin,inzibatı binaların hərbi şəhərciklərin,hərbi təchizat anbarların mühafizəsində, eləcə də   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

  Xidmətdə fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Xüsusi Dövlət Mühafizə xidmət rəisinin, Daxili Qoşunlar və Milli Qvardiya Komandanlarının, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş   nişanları ilə təltif olunub,bir yox fəxri fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:

1. “Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2.“ SSRİ Silahlı Qüvvələrin   60 illiyi (1918-1978)” yubiley medalı ilə;

3. “SSRİ Silahlı Qüvvələrinin 70 -illiyi (1918-1988)” yubiley medalı ilə;

4. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

5.“Qüsursuz xidmətə görə” 2 dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

6. “Qüsursuz xidmətə görə” 3 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə .

DO GÜNÜN MÜBARƏK OLSUN HACIƏLİ MÜƏLLİM!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev