SSRİ Daxili İşlər Orqanlarında və Azərbaycan  Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında  müxtəlif  vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı, istefada olan baş- leytenant Ağayev Əbil Musa oğlunun oktyabr ayının  17-də  doğum  günüdür.

 Ağayev  Əbil  Musa oğlu 1964-cü ilin oktyabr ayının  17-də Masalli  rayonun Ərkivan  kəndində zəhmətkeş bir  ailədə anadan olub.

Ağayev Əbil  Musa oğlu 1981-ci ildə  Masallı rayonunun Ərkivan kənd orta məktəbi,1986-cı ildə isə  SSRİ Daxili İşlər Nazirliyiinin Xarkov  orta texniki ixtisası üzrə Q.İ. Petrovski adına ümümi qoşun növü üzrə zabit  hazırlayan məktəbi bitirib. 

Baş- leytenant  Ağayev Əbil Musa oğlu  1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.

O,1986-1991-ci illərdə SSRİ Daxili  İşlər  Nazirliyiinin Sumqayıt şəhərində yerləşən Kimya  kombinatında sahə inspektoru  vəzifəsində çalışıb.

Əbil Ağayev 1992- 1996-cu illərdə Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  Sumqayıt  şəhərində  və Lənkəran rayonunda  yerləşən hərbi hissələrində bölük komandirinin tərbiyəvi  işləri  üzrə müavini, bölük komandiri vəzifələrində xidmət etmişdir.

 Musa oğlu Əbil  Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamələrinin tələblərinin, əmir və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabeçiliyində olanlara və  bir çox hərbi qulluqçulara şəxsi nümunə  olmuşdur.     

Qanunverciliklə müəyyən olunmuş  qaydada Daxili Qoşunlara həvalə olnmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütıəvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində,ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində   kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar,bədbəxt hadisələr , yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə  hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Ə.Ağayev  Azərbaycanın ərazi bütövlüyü uğrunda (Goronboy, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə  iştirak edərək, ona həvalə olunmuş vəzifə  və tapşırıqları layiqincə yerinə yetirmişdir.

Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiginə görə, SSRİ və Azərbaycan Respublikasının İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra medallar ilə, əla xidmətlərə görə əlacı döş və yubiley nişanı ilə təltif olunmuş,  fəxri fərmanlarla, diplomlarla, qiymətli  hədiyələrlə mükafatlandırlmış,ona təşəkkur elan edilmişdir.

Doğum günü münasibətilə baş- leytenant  Əbil Ağayevi  Daxili İşlər Nazrliyinin zabitlər birliyinin üzvləri,  Daxili İşlər Nazrliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) səmimi qəlbdən təbrik edir, Əbilə möhkəm can sağlığı, xoşbəxtlik və  uzun ömür arzulayır.

Azərbaycan Respubilkasının Silahlı qüvvəri   veteranı və   müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev